DİM doktorant və dissertantlara müraciət etdi
Dövlət İmtahan Mərkəzi doktorant və dissertantlara müraciət edib.
Müraciətdə deyilir:
"“Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanına edilmiş 26 noyabr 2022-ci il tarixli 1888 nömrəli dəyişikliyə əsasən dissertasiyanı Azərbaycan və ya rus dillərində yazan və müdafiə edən iddiaçılar ingilis, alman və ya fransız dillərindən birini xarici dil kimi seçərək imtahan verirlər. Yeni qaydalara əsasən dissertasiyanı ingilis dilində yazan və müdafiə edən iddiaçılar xarici dil imtahanından azad edilirlər. Eyni zamanda, dissertasiya işini ingilis dilində yazan və müdafiə edən əcnəbi vətəndaşlar isə Azərbaycan dili imtahanından azad edilirlər. Bunun əksinə olaraq, dissertasiyanı Azərbaycan dilində yazan və müdafiə edən əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar isə Azərbaycan dilindən imtahan verirlər".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...