XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Bakıda nikaha girməyə qız axtaran bu lezbiyan... - FOTO

Bakıda nikaha girməyə qız axtaran bu lezbiyan... - FOTO

Bakıda nikaha girməyə qız axtaran bu lezbiyan... - FOTO
16-06-2017, 14:03

Bu səhər Feysbukda 20 yaşlı qızın statusunu oxuyub heyrətləndim. Fotosu paylaşılaraq müzakirəyə çıxarılan bu qızcığaz “Ən böyük arzum Azərbaycanda həmcinsi ilə evlənən ilk qız olmaqdır” sözləri ilə gündəmdədir.

Kütləvi ölüm xəbərlərini oxuyanda heç bu qədər sarsılmamışdım. Balaca, həyatdan xəbərsiz, zərif, şirin bir qızcığazın ən böyük arzusu niyə lezbiyan xanımla evlənmək olsun? Cəmiyyətimizdə və dünyada nə baş verir? Yeniyetmələri hələ özlərini və həyatı tam dərk edə bilmədiyi yaş dövrlərində gələcək ailə həyatının, valideynlərinin, doğulacaq uşaqlarının üzərindən xətt çəkməyə vadar edən nədir?

Dünyada “müqəddəs” sözü ilə yanaşı işlədə biləcəyimiz iki-üç sözdən biri deyilmi ailə? Ailəni bu gəncə etiraz forması kimi kim aşılayıb? Kim onu inandırıb ki, ehtiras, bağlılıq duyduğun həmcinsinlə ailə həyatı qurmaq azad seçim, müstəqil həyat, yaşıdlarından fərqlənmək, etirazdır?

Bu haqda düşünməli, danışmalı, müzakirə etməliyik. Çünki biz susduqca onlar öz yanlışlarını bizim gözümüzə soxmağa davam edir.

Cinsi azlığın son dövrlərdə “dəbdə” olduğu hər kəsə məlumdur. Tolerantlıq uydurması ilə insanların qanına yeridilən bu zəhər elə cəmiyyətin ən yüksək zümrələri tərəfindən müdafiə və təbliğ olunur.

Heç yadımdan çıxmaz, ötən il iyunun 9-u ABŞ-da LGTB (Lezbiyan, Gey, Biseksual və Transseksual) yürüşü keçirildi. Həmin gün Ağ Ev LGTB bayrağının rənglərinə büründü. Ağ Evin rəsmi Tvitter hesabı cinsi azlıqların bayrağına bürünən fotonu paylaşaraq “Fəxrimiz 2016” başlıqlı bir paylaşım etdi. Üç gün sonra Ağ Ev qana büründü: radikal terror təşkilatlarından biri Orlandoda cinsi azlıqların klubuna hücum edərək 50 nəfəri qətlə yetirdi. Obama dərhal ağlamsınaraq Ağ Evdə çıxış etdi və dedi ki, heç kim bizi qorxuda bilməz.

Düz də dedi. İndi onları heç nə qorxutmur!

Zaman elə dəyişib ki, ötən əsrin sonlarına qədər xəstəlik kimi qəbul olunan LGTB indi onu normal qəbul etməyən insanlara xəstə kimi baxır. Əgər cinsi azlıqlara hörmət etmir, onlara nifrət edirsənsə, sən xəstəsən – homofobsan. Fobiya. Nə vaxtdan ətrafda baş verən iyrənc, faciəvi, gənclərin gələcəyinə böyük mənfi təsirləri olacaq şeyləri görmək istəməmək fobiya adı alıb?

Məsələnin müalicə oluna biləcək bioloji – hormonal aspektlərindən daha ciddi və yayğın olanı psixoloji faktorlardır. Artıq gənclər böyüyəndə öz yaşıdlarından fərqlənmək üçün Çingiz xan, Tolstoy, Yuri Qaqarin olmaq istəmir. İndi daha asan həyat, məşhurluq, Avropada rahat həyat və imtiyazlar vəd edən bir peşə sahəsi var – homoseksuallıq.

Homoseksuallıq nədir?

Homoseksuallıq uzun müddət zofillik, eksqibisionizm (özü-özünə seksual həzz verərkən, bədənin intim yerlərini nümayiş etdirmək), fetişizm, nekrofilliklə eyni sırada yer alırdı və o siyahıdakı yerinə hələ də çox yaraşır. Lakin 1990-cı il 17 mayda Dünya Sağlamlıq Təşkilatı homoseksuallığı ruhi pozğunluq, psixoloji xəstəlik siyahısından çıxardı. Bununla da Avropa cinsi azlıqlara qucaq açmağın, atalıq etmənin bünövrəsini qoydu. Homoseksuallığı xəstəliklər siyahısından rəsmi şəkildə çıxarmaqla (ABŞ Psixoloqlar Birliyi bunu 1973-cü ildə edib) homoseksuallıqdan əziyyət çəkən insanların psixiatra müraciət etməsinin, bioloji aspektlərin aradan qaldırılması üçün müalicə olunma şansının da birdəfəlik qarşısı alındı. Hər kəsə məlumdur ki, bu qərar insan hüquqlarının müdafiəsi uğrunda atılan addımdan daha çox müəyyən siyasi maraqlara xidmət edir. Bir neçə il sonra miqrendən də siyasi mənafelər üçün istifadə şansı olsa, Dünya Sağlamlıq Təşkilatı onu da xəstəliklər siyahısından çıxaracaq.

Dr. A.Cem Keçe “Homoseksuallıq alın yazısı deyil” kitabında homsoeksualları alkoqoliklərlə müqayisə edir:

“Homoseksuallıq alkoqolizm kimi bir xəstəlikdir. Hər alkoqol içən adam alkoqolizmdən əziyyət çəkmir, hər homoseksualı da xəstə adlandıra bilmərik. İnsan gərək özü müalicə olunub-olunmayacağına qərar versin”.

Psixoloq Elnur Rüstəmov məsələnin ünsiyyət kompleksləri ilə birbaşa əlaqəli olduğunu deyir:

“Bu gün cinsi azlıq məsələsi yeniyetmələrin düşüncələrində daha çox etiraz forması kimi diqqətə çatır. Bəli, hormonal və müalicə olunaraq aradan qaldırıla bilinəcək problemlər də mövcuddur. Amma təəssüf ki, bu gün bütün dünyada cinsi azlıqlar bu yolu daha asan həyat yaşaya bilmək, öz ölkəsindən imtina edərək onu olduğu kimi qəbul edəcək ölkəyə mühacirət etmək, televiziyada gördüyü asan həyat yaşayan məşhurlar kimi həyat sürmək üçün seçir”.

Hollandiyada yaşayan cinsi azlıqların cəmi 2 faizi öz münasibətlərini nikahla rəsmiləşdirir. Bu mifdir ki, cinsi azlıqlar hər kəs tərəfindən qəbul olunan cəmiyyətlərdə ailə həyatı qurmaq arzusundadırlar…

Bütün dünyaya liberallıq, tolerantlıq kimi bər-bəzəkli sözləri sırımağa çalışan Qərbin öz alimləri araşdırmalarında hər şeyin heç də göründüyü kimi olmadığını sübuta yetirən faktlar ortaya çıxarıb. Təbliğatlardan fərqli olaraq cinsi azlıqların heç də daha xoşbəxt və sağlam olmadığını sübuta yetirən bir neçə faktla sizi tanış edim:

– 78 faiz kişi-homoseksuallar öz hetroseksual həmcinslərindən daha az xoşbəxtdir (Amerika Psixologiya Assosasiyasının araşdırması, Harold I. Layf, “Seksual sorğu #4, PP,110-111).

– 2000 lezbiyanın arasında aparılan araşdırma göstərib ki, lezbiyan xanımların 75 faizi il ərzində depressiv olur və psixoloji köməyə ehtiyac duyur (C.Bradfort, 1994).

– Homoseksuallar heteroseksuallardan 6 dəfə daha çox özünə qəsd edir (Martin.S, Veynberq, İllinoys Universiteti professoru).

– Homoseksualların həyatları boyu seksual “partnyor” sayı ortalama 101-501, 10-15 faizlərində isə 1000 “partnyor”u keçir (Paul Van De Ven, Seks Araşdırması Jurnalı”).

M.S.Veinberq 1978-ci ildə homoseksuallara həsr olunan araşdırmasında onlardan 79 faizinin öz cinsi əlaqədə olduqları insanları tanımadıqlarını, çoxsaylı təsadüfi cinsi əlaqələr yaşadıqları faktını aşkara çıxarıb. Təsadüfi deyil ki, ABŞ və bir sıra inkişaf etmiş Avropa ölkəsində homoseksualların ürək, qan və sperma donorluğuna qadağa qoyulub. Bu fakt özü homoseksualların sağlam insan kimi qəbul olunmadığını, əxlaqsızlığın bir nömrəli təbliğatçısı olduqlarını sübuta yetirmirmi? Nə vaxta qədər onların hüquqlarını müdafiə edib, aramızda heç nə olmamış kimi yaşamaqlarına göz yumub, onlara xüsusi imtiyazlar verəcəyik? Növbə bizim öz ailə üzvlərimizə çatana qədər?

axar.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.