«İcra hakimiyyətini görüb yenə gələcəyəm» - NARAZILIQ VAR
«Gətirib armaturları, tikinti materiallarını töküb əraziyə, deyir, «burda çayxana açıram». Deyirik, «burda bu qədər ağac var, camaatın binasının qabağıdır, pəncərələrin altıdır, bura çayxana yeri deyil axı». Deyir, «pulumu vermişəm, tikirəm, kimə nə? Sizə ağac lazımdır, yoxsa çay?». Eləcə, hamıyla məzələnir, işini də görür». Binəqədi rayonu, «Azadlıq» metrostansiyası yaxınlığındakı məhəllələrdə yaşıllıqlar məhv edilir. Süleyman Sani Axundov küçəsindəki 3a binasının sakinləri danışırlar ki, binaların ərazisindəki ağacları kəsdirən adam burada çayxana tikəcəyini bildirib.
Bina sakini Vüqar Aslanov: «Burdakı ağacları 30-35 il əvvəl sakinlər özləri əkib. Binaların qarşısıdır, adamlar kölgəsində sərinlənir, özümüz üçün ekoloji təmizlik yaratmışıq. Heç bilmirik ki, kimdir, nəçidir, haradan gəlib. Qəfil peyda olub, özünü elə aparır ki, sanki buraların sahibidir. Deyir, «pul vermişəm, çayxana açıram, heç kəs söz deyə bilməz»».
Sakin Əfqan Əliyevin deməsinə görə, çayxana tikmək fikrinə düşmüş və yaşıllıq ərazini hasarlamış adamı ərazi üzrə mənzil kommunal sahəsinin rəisi və Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri himayə edir. Binəqədi rayon İcra Hakimiyyətindən isə bildirilib ki, iyunun 13-də qeyd olunan ünvandakı yaşıllığı hasarlamağa və ağacları kəsməyə cəhd edən şəxs sakinlərin müqaviməti ilə üzləşib: «Hadisədən xəbər tutan kimi əməkdaşlarımızı göndərmişik, həmin şəxsə xəbərdarlıq edib, o da gətirdiyi materialları ərazidən yığışdırıb, gedib».
Sakinlərsə düşünürlər ki, bu cür özbaşınalıqlar elə icra hakimiyyətinin yastığının altından çıxır. Üstəlik, armaturlarını yığışdırıb gedən və sonadək də adını bəlli etməyən şəxs sakinlərə «icra hakimiyyətini görüb yenə gələcəyəm» deyə «ultimatum» da verib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?