SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Vətəndaş:"23-cü Polis Bölməsi məni hər an qorxu, təlaş, həyəcan içərisində saxlayır. İntihar edəcəyəm"- Şikayət Məktubu

Vətəndaş:"23-cü Polis Bölməsi məni hər an qorxu, təlaş, həyəcan içərisində saxlayır. İntihar edəcəyəm"- Şikayət Məktubu

Tarix:

15-06-2017, 10:26

/ 118 595 dəfə oxundu.
Vətəndaş:"23-cü Polis Bölməsi məni hər an qorxu, təlaş, həyəcan içərisində saxlayır. İntihar edəcəyəm"- Şikayət Məktubu

"23-cü Polis Bölməsi məni hər an qorxu, təlaş, həyəcan içərisində saxlayır. Daha dözə bilmirəm. İntihar edəcəyəm".
Bunu şikayət məktubu ünvanlayan İsmayıllı rayon sakini Poladov Ərəstun Məbud oğlu deyib.
Vətəndaş bildirir ki, 2 il öncə həbsdə yaxını cəza çəkən bir şəxslə, Abşeron rayonunda vəkillik fəaliyyəti ilə məşğul olan bir şəxsi tanış edib. Onlar öz aralarında qanuni müqavilə bağlayıblar və bu müqavilə əsasında vəkilə 550 manat pul ödənilib. Vəkil də öz növbəsində, üzərinə götürdüyü öhdəliyi yerinə yetirib, dəfələrlə dustaqla görüşüb, onu məhkəmələrdə müdafiə edib. Bir sözlə əlindən gələni edib. Lakin xidmətdən narazı qalan, pul verən həmin şəxs sonda vəkildən və onları tanış edən Ərəstun Poladovdan Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə şikayət edib. Vəkillə məhz Bakının Nizami rayonu ərazisində tanış olduqları üçün, ərazi aidiyyatı üzrə 23-cü Polis Bölməsinə şikayət olunub.
Polis araşdırma aparıb. Vəkilin tam qanuni, müqavilə əsasında hüquqi xidmət haqqı aldığını müəyyənləşdirdikdən sonra ondan əl çəkiblər. Polis onları tanış edən Ərəstunu əsassız olaraq tutub, onu bir neçə saat polis bölməsində saxlayıblar. Həmin vaxt vətəndaşın şəxsiyyət vəsiqəsini də özlərində saxlayıblar. Daha sonra ondan "şirinlik" istəyiblər. Amma Ərəstun işləmədiyindən, yoxsul olduğundan, ən başlıcası isə günahsız olduğundan polisin istəyini yerinə yetirməyib.
O vaxtdan 10 ay keçməyinə baxmayaraq, Ərəstuna heç nə demir, onun seçki hüququnu pozur, onun şəxsiyyət vəsiqəsini özünə qaytarmırlar.
Şikayətlə bağlı redaksiya Daxili İşlər Nazirliyinə, Bakı Şəhər Baş Polis İdarəsinə və Bakı şəhəri Nizami rayon Polis İdarəsinə 15 may 2017-ci ildə rəsmi jurnalist sorğusu verib. Bundan bir neçə gün sonra, 23-cü Polis Bölməsinin rəisi Rəfayel müəllim xəbər portalının rəhbəri Fariz Quliyevlə telefon əlaqəsi yaradıb, guya Ərəstun barədə cinayət işi açıldığını bildirmişdir. Portalın rəhbəri isə, bütün hallarda sorğuya rəsmi cavab verilməli olduğunu bölmə rəisinin diqqətinə çatdırıb. Sorğudan 1 ay keçməsinə baxmayaraq, hələ də sorğuya cavab vermirlər. Beləliklə polis "KİV" Haqqında Azərbaycan Respublikasının Qanunun tələblərini pozmaqdan belə çəkinməyib. Bu da bir daha göstərir ki, vətəndaş Poladov Ərəstun Məbud oğlu haqlıdır. Ona doğrudan da qanuna zidd, əsassız təzyiq var.
Qeyd etmək lazımdır ki, polis bölmələrində təhqiqatda 15 gündən çox işə baxmaq olmaz. Mütləq rayon prokuroruna müraciət olunmalı, prokuror isə bəzi məqamları nəzərə alaraq istintaq müddətində, istintaqın gedişini təmin etmək məqsədi ilə ( istintaq aparılan ərazidə yaşamadığına görə, dövət sektorunda işləmədiyinə görə və sairə hallarda ) təqsirləndirilən şəxsin həbsi üçün məhkəməyə təqdimat yazmalıdır. Bütün bu qanuni tədbirlər görülmədiyindən aydın olur ki, 23-cü Polis Bölməsinin rəhbərliyi şəxsi maraqlarına görə vətəndaşın konistitusyon hüquqlarını kobudcasına pozur.
Məsələni gündəmdə saxlayacağıq. Qarşı tərəflərin mövqelərini obyektiv dərc etməyə hazırıq.

ARAZMEDİA.AZ

Şərhlər

XƏBƏR LENTİ