SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Tovuz məhkəməsi düzələnə oxşamır... - İDDİA

Tovuz məhkəməsi düzələnə oxşamır... - İDDİA

Tarix:

5-09-2022, 09:51

/ 436 dəfə oxundu.
Tovuz məhkəməsi düzələnə oxşamır... - İDDİA


Ölkənin məhkəmə sistemindəki neqativlər dəfələrlə müzakirə predmeti olub. Hətta Avropa təşkilatlarının Azərbaycana qarşı təzyiq alətinə də çevrilib. Yəni məhkəmə sistemindəki əyər-əskikliklər ölkəmizə qarşı zaman-zaman istifadə olunub. DİA.AZ bildirir ki, bu işdə isə məhkəmə hakimlərinin rolu "MÜSTƏSNA"dır...

Məhkəmə hakimlərinin işi ilə bağlı DİA.AZ-a npvbəti müraciət daxil olub. Müraciətdə deyilir: "Bir müddət bundan əvvəl Tovuz rayon Məhkəməsinin hakimi Nofəl Mustafayev çalışdığı işində qol qoyduğu ciddi nöqsanlara görə hakimlik vəzifəsindən uzaqlaşdırıldı. Bu şəxs ötən 12 il ərzində əldə etdiyi sərvətin qarşılığında saysız-hesabsız sayda qanunlarımıza zidd qərarlar qəbul edib, neçə-neçə insanları dövlətimizdən narazı saldı. Bütün bunlara baxmayaraq, yerlərdən aidiyyəti dövlət qurumlarına ünvanlanan haqqlı şikayət ərizələri son anda nəticə verdi və Nofəl Mustafayev hakimlik vəzifəsindən uzaqlaşdırıldı.

Həmin ərəfədə Tovuz rayon Məhkəməsinə yeni təyin olunmuş hakim Zaur Hümbətov az müddət ərzində Nofəl Mustafayevlə birlikdə çalışdı. Hal-hazırda Zaur Hümbətov da Nofəl Mustafayevin yolu ilə gedir, vaxtilə onun qol qoyduğu əməlləri təkrarlayır.

Bu gün Tovuz rayon Məhkəməsində hakim Zaur Hümbətovun da daxil olduğu bir qruplaşma fəaliyyətə başlayıb. Bu qruplaşma hansısa işi əvvəlcədən öhdəsinə götürür, əvvəlcədən razılaşdırılmış qaydada, "planlı şəkildə" lazımı sənədlər hazırlanır və təqdim olunur. Yəni, "lazım olan dəstək" göstərilir, sonda qətnamə qəbul olunur, qarşılığında isə..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ