SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Tovuz Məhkəməsindən absurd qərar – nazirə şikayət…

Tovuz Məhkəməsindən absurd qərar – nazirə şikayət…

Tarix:

20-07-2020, 13:57

/ 1 815 dəfə oxundu.
Tovuz Məhkəməsindən absurd qərar – nazirə şikayət…

Tovuzun Qovlar şəhər sakini Mustafayev Sakit Ramiz oğlu ədliyyə naziri Fikrət Məmmədova müraciət edib.
Reportyor.info-ya göndərilən məktubda rayon sakini bildirir ki, 2018-ci il, avqustun 15-i avtonəqliyyat hadisəsi törədib.
“Barəmdə Tovuz Rayon Polis Şöbəsində 163.1-1 ci maddəsiylə cinayət işi açılıb. İş müstəntiq Zaur Məmmədov tərəfindən məhkəməyə göndərilib.
Bu səbəbdən dekabrın 25-də Tovuz Rayon Məhkəməsi sədri, hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi ilə keçirilən məhkəmədə barəmdə 163.1-1 ci maddəsiylə 6 min manat cərimə hökmü çıxarılıb”, – deyə nazirə müraciətdə vurğulanıb.
Onun sözlərinə görə, məhkəmə qərarını 15 gün ərzində yaşadığı və qeydiyyatda olduğu ünvana rəsmi olaraq göndəriləcəyini bildirsələr də, 3 il ötməsinə baxmayaraq heç bir qərardad gəlməyib:
“Hətta iki dəfə yazılı müraciət etmişəm ki, məhkəmə qərarını və cəriməni hara ödəyəcəyim barədə mənə rəsmi bank hesabı və ya cəriməni ödəyəvcyim yer barədə sənəd verilsin.
Lakin yenə də heç bir sənəd və ya bank hesabı verilmədiyindən 3 ilə çatır ki, barəmdə çıxarılmış bu cərimə ödənilməmiş qalır. 2020-ci ilin martında Tovuz Rayon Məhkəmə icrası tərəfindən mənə xəbərdarlıq gəlib.
İndi də 05. 02.2020 tarixində mənə 10 gün vaxt verilib, 6 min manat cəriməni bu vaxt ərzində ödəməsəm həbs olunacağım barədə xəbərdarlıq ediblər. Cənab Fikrət Məmmədov, bunu yazıb sizdən xaiş edirəm ki, problemimi şəxsən öz nəzarətinizə götürüb lazımı tədbirləri görəsiniz.
Ölkəmizdə və dünyada tüğyan edən koronavirus pandemiyası dövründə heç bir yerdə işləmədiyim halda, 3 uşağımla birgə çətin vəziyyətdə dolandığım bir dönəmdə, barəmdə çıxarılan 6 min manatı heç cür ödəyə bilməyəcəyimi sizə dərin təəssüf hissiylə bildirirəm. Və sizdən xahiş edirəm ki, bu çətin dönəmdə problemimlə yaxından maraqlanıb, köməklik göstərəsiniz”.

Şərhlər

XƏBƏR LENTİ