XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Əslində intihar edən GƏNCƏ TƏHSİLİ İDİ... - Həkimlər işini gördü... İndi söz hakimlərindir...

Əslində intihar edən GƏNCƏ TƏHSİLİ İDİ... - Həkimlər işini gördü... İndi söz hakimlərindir...

Əslində intihar edən GƏNCƏ TƏHSİLİ İDİ... - Həkimlər işini gördü... İndi söz hakimlərindir...
4-07-2022, 10:33

 
Keçən günlərdə adı bir məktəb direktorunu, özü də xanım direktoru intihar həddinə çatdırmaqda hallanan və əslində buna qədər də müxtəlif qalmaqallarla diqqətə gəklən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədimalıyevin başı dərddədir. Bu barədə DİA.AZ-a Gəncədəki mənbə məlumat verib.


Xəbəri verən qaynaq iddia edir ki, kifayət qədər ciddi problemlə üz-üzə olan Qədimalıyev də yaxşı anlayır ki, Gəncə şəhəri 1 saylı tam orta məktəbinin direktoru Mətanət Qarayeva əslində intihara cədh etməsi ilə Gəncə təhsilindəki problemləri QABARTMIŞ OLDU.

Mənbənin dia.az-a söylədikləri: "Əslində M.Qarayeva yox, Gəncə təhsili intihara cəhd etdi. Həkimlər Mətanət xanımın həyatını qurtardılar... Yəqin ki, bu işlə bağlı quruılacaq məhkəmənin hakimləri də Gəncə təhsilini xilas edəcəklər, Qədimalıyevi həbsə yollayacaq hökmləri ilə..."

Mənbə iddia edir ki, artıq həbsinin qapıda olduğunu dərh edən Qədimalıyev himayədarlarını köməyə çağırıb: "Təhsil Nazirliyi qərarı verəcək, bundan asıldır hər şey. Amma məsələnin mətbuatda populyar mövzu kimi diqqətdə saxlanılması Qədimalıyevin müdafiəçilərinin işini çətinləşdirir.

Mənbə deyir ki, buna görə də Qədimalıyev bu gün KİV-ləri susdurmağı hədəfləyib: "Ona nazirlikdən belə məsləhət görülüb".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.