XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Nərimanov DYP-də özbaşınalıq - Nazirə müraciət olundu

Nərimanov DYP-də özbaşınalıq - Nazirə müraciət olundu

Nərimanov DYP-də özbaşınalıq - Nazirə müraciət olundu
1-06-2017, 10:11

Nərimanov DYP əməkdaşları sürücülərə qanunsuz cərimələr tətbiq edir
Nərimanovi rayon DYP işçisi vəzifəsindən istifadə edərək sürücülərə gah sürət həddini aşma, gah kəməri taxmamaq, gahda hansısa zolağın tapdalanması hətta avtoxuliqan adı altında cərimələr yazır, daha doğrusu cərimə yazmaq təhdidi altında sürücülərdən rüşvət alır.
Son illər Nərimanov rayonunda fəaliyyət göstərən Dövlət Yol Yolis işçilərinin bəzi qanunsuz hərəkətləri barədə mətbuatda mütəmadi olaraq məlumatlar getməkdədir. Mətbuat vasitəsi ilə edilən şikayətlər Daxili İşlər Nazirliyi və Dövlət Yol Polis İdarəsinin rəhbərliyi tərəfindən araşdırldığını və lazımı tədbirlər görülərək problemlərin aradan qaldırıldığınıda qeyd etmək olar. Ancaq yenədə bəzi DYP işçilərinin vəzifələrindən sui-istifadə etmələri barədə şikayətlər var.
xalqxeber.az-a daxil olan məlumata görə, Nərimanov DYP əməkdaşları vəzifə borcunu yerinə yetirərkən bir çox sürücülərə qarşı haqsızlıq edərək onlara qeyri-qanuni cərimələr yazır. Belə ki, Binəqədi rayonu S.S.Axundov küçəsi, bina 3a, mənzil 15-də yaşayan İbrahimov Aslan Sayıq oğlu tərəfindən xalqxeber.az-a verilən məlumata görə, mənə məxsus olan Hunday Sonata markalı 90 XB 095 dövlət nişanlı avtomaşının Nərimanov rayon DYP şöbəsinin əməkdaşları tərəfindən qeyri-qanuni saxlanılıb. Saxlamağa əsas səbəb kimi 30.05.2017-ci il tarixdə saat 16:30-da mənim həmin avtomobil ilə avtoxuliqanlıq əsas göstərilib. Lakin heç bir sübut və ya hər hansısa bir video görüntü təqdim edilməyib. Əlavə olaraq DYP əməkdaşı mənə məxus avtomobili cərimə meydanşasına hər hanısa bir akt tərtib olunmadan yerləşdirib və ürücülük vəsiqəmi əlimdən alıb. Qeyd olunan hallar video görüntü təqdim edilmədən avtomobilin cərimə meydançasına və əsassız olaraq sürücülük vəsiqəmi məndən alması 99 YP 269 dövlət nişanlı Yol Polis avtomobilini idarə edən əməkdaşı öz vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.
Faktiki olaraq sürücülərə şər ataraq pul toplamağı özlərinə yol seçən Nərimanov DYP əməkdaşlarını durduran yoxdur. Aslan Sayıq oğlu qeyd edir ki, DYP işçisi ona heç kəsdən qorxmadığını və “ürəyin kimə istəyir ged şikayət et”, ifadəsini işlətməkdən belə çəkinmədi. Göründüyü kimi Nərimanov rayon DYP əməkdaşları vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rüşvətlə məşğul olur.
Aslan Sayıq oğlu xalqxeber.az-a verdiyi məlumatda qeyd edir ki, artıq məsələ ilə bağlı 2 dəfə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verib. Təəssüflər olsun ki, 102 şikayətim ilə bağlı hələ Nərimanov Polis İdarəsi tərəfindən heç bir araşdırılma aparılmayıb və mənim izahatım alınmayıb. Görünür Nərimanov Polis İdarəsinin rəisi DYP əməkdaşlarının qanunsuz əməllərinə göz yumur. Əgər belə olmasaydı mənim 102 şikayətim Polis İdarəsində araşdırılardı və məsələyə hüquqi qiymət verilərdi. 102 xidmətinə olunan şikayətlər aidiyyatı üzrə araşdırılmayacaqsa yaxşı hüquqları tapdalanmış və pozulmuş sadə vətəndaşlar dərdlərini kimə deyəcək. Mən mətbuat vasitəsi ilə Daxili İşlər Naziri Ramil Usubov cənabından xahiş edirəm ki, Nərimanov rayon DYP-də başıma açılan oyunlarla bağlı ciddi tədbir görəsiniz və müqəssizləri layiqli cəzalandırasınız.

xalqxeber.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.