XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Vətəndaş hakimdən nazirə şikayət edir - Mənzilinin üzərinə qanunsuz olaraq həbs qoyulub

Vətəndaş hakimdən nazirə şikayət edir - Mənzilinin üzərinə qanunsuz olaraq həbs qoyulub

Vətəndaş hakimdən nazirə şikayət edir - Mənzilinin üzərinə qanunsuz olaraq həbs qoyulub
1-06-2017, 09:11

AZƏRBAYCAN RESPUBLİKASININ MƏHKƏMƏ HÜQUQ ŞURASININSƏDRİ
ƏDLİYYƏ NAZİRİ CƏNAB FİKRƏT MƏMMƏDOVA
Yunusov Abbas İzzət oğlundan
Bakı ş., Nizami rayonu,Naxçıvanski küç., ev 1, m.61, əlaqə tel. 050 419-87-87


Ş İ K A Y Ə T


Nərimanov rayon Məhkəməsinin hakiminin qanunsuz hərəkətlərindən

Hörmətli Məhkəmə-Hüquq Şurasının Sədri,
Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hakimi Əsədova Gültəkin Akif qızı iddiaçı Məmmədov Hikmət Zahir oğlunun “iddia”sına əsasən, 2(005)3879/2017 №-li mülki iş üzrə 16 fevral 2017-ci il tarixli Qərardadı ilə, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi. ev 11H, mənzil 10 (Bakı səhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi 85 M3 mənzil 2) ünvanında yerləşən və mənim xüsusi mülkiyyətimdə olan mənzilimin üzərinə əsassız və qanunsuz olaraq həbs qoymuşdur və bununla da, Azərbaycan Respublikası Mülki və Mülki Prosessual Məcəllələrində nəzərdə tutulan maddi və prosessual hüquqlarımı pozmuşdur.

İŞİN FAKTİKİ HALLARI VƏ ŞİKAYƏTİN DƏLİLLƏRİ:

Qərardadda göstərilmiş: Bakı səhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11H, mənzil 10 (Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi 85 M3. mənzil 2) ünvanında yerləşən mənzil mənim xüsusi mülkiyyətimdir. Həmin mənzili mən notariusda alqı-satqı yolu ilə rəsmiləşdirməklə qanuni yolla əldə etmişəm. Həmin mənzilin xüsusi mülkiyyətimdə olması barədə mənə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, 1035263 №li “Çıxarış” verilmişdir.

İddiaçı Məmmədov Hikmət Zahir oğlu Nərimanov rayon Məhkəməsinə müraciət etdiyi iddia ərizəsində göstərmişdir:

“... ona (R. Tanırverdiyevə) məxsus olan Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi. ev 11H, mənzil 10 (indiki Bakı səhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi 85 M3. mən. 2) dörd otqlı, ümumi sahəsi 154 kvm, olan yaşayış mənzili alqı-satqı edilmiş və “KDT LTD” MMC tərəfindən inşa edilən həmin mənzilin alqı-satqısına dair 06.05.2015-ci il tarixli müqavilə rəsmiləşdirilərək mənə maliyyə arayışı verilmişdir. Mənzilin satış qiyməti öz aramızda 305560 ABŞ dolları qiymətləndirilmişdir.”

İddiaçı Hikmət Məmmədovun mənzilin alqı-satqısının öz adına rəsmiləşdirilməsinə dair iddia ərizəsində göstərməklə əlavə etdiyi və cəmi 2 vərəqdən ibarət olan 2 sənəd: (kserosurətləri əlavə olunur)

1.İddiaçı Hikmət Məmmədovun “KAT LTD” MMM ilə 06.05.2015-ci ildə bağlamış olduğu “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”nin “KAT LTD” MTK-nın 2005-ci ildə inşa edilmiş, dəyəri təhvil vermiş olduğu binaya, yəni adıgedən mənzilə ümumiyyətlə heç bir aidiyyəti olmayan və mahiyyəti anlaşılmayan bir yazılı kağız vərəqidir ki, bu da hakim Gültəkin Əsədova tərəfindən hüquqi əsası olan bir sənəd kimi qəbul edilməli deyildi;

2. İddiaçı Hikmət Məmmədovun “maliyyə arayışı” adlandıraraq Məhkəməyə təqdim etdiyi “sənəd” “KAT LTD” MMM-nin möhürü və direktoru S.E.Ələkbərovanın imzası ilə təsdiqlənmiş vərəqdə “mənzilin ümumi dəyəri ödənildi və firmaya borcu yoxdur” yazılmış olsa da sənəddə verilmə tarixi, ödənişin məbləği və digər vacib rekvizitlər olmayan kağız parçası hakim Gültəkin Əsədova tərəfindən hüquqi əhəmiyyəti olan bir sənəd kimi qəbul edilmişdir.

İddiaçı Hikmət Məmmədov özünə aid olan yuxarıda göstərdiyim 2 “sənəd”lə bərabər, mənzilin mənim, yəni Yunusov Abbas İzzət oğlunun xüsusi mülkiyyətində olması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri DÖVLƏT Komitəsi yanında Daşınmaz Əmlakın DÖVLƏT Reyestri Xidmətinin Hüquqların DÖVLƏT Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın DÖVLƏT reyestrindən RX seriyalı, 1035263 №li “Çıxarış” sənədinin də surətini Məhkəməyə təqdim edərək, “mənzilin gizlin özəlləşdirilməsi”, “formal olaraq mənim (Yunusov Abbasın) adıma rəsmiləşdirilməsi”ni iddia ərizəsində Məhkəməyə bildirərək, Azərbaycan Respublikasının DÖVLƏT orqanı tərəfindən verilmiş rəsmi DÖVLƏT sənədinin “sırf dələduzluq cinayətinin tərkib əlamətlrinin özündə daşımasını və R.Tanırverdiyevin mənim (Məmmədov Hikmətin) əmlakına gizlincə yiyələnməyə çalışaraq dələduzluq etdiyini” iddiaçı Hikmət Məmmədov hakim Gültəkin Əsədəovaya “inandırmağa” nail olmuşdur.

İddiaçı Məmmədov Hikmətin Məhkəməyə təqdim etmiş olduğu və heç bir hüquqi qüvvəyə malik olmayan iki vərəq kağızı hakim Gültəkin Əsədova tərəfindən Azərbaycan Respublikası DÖVLƏT orqanının vermiş olduğu hüquqi sənəddən əsas sayaraq iddianı qismən təmin etmişdir və bununla da mənim xüsusi mülkiyyətimdə olan mənzilimin üzərinə əsassız və qanunsuz olaraq həbs qoymuşdur.

Hörmətli Məhkəmə-Hüquq Şurasının Sədri, Yuxarıda göstərdiklərimə rəğmən, mən aşağıdakı göstərtiyim sənədləri əlavə etməklə, Nərimanov rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli Qərardadından 24.05.2017-ci il tarixdə şikayət etmişdim:

Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kooperativ Təsərrüffatı İdarəsinin 07.10.2016-cı il tarixli. T-04 №-li məktubu ilə verilmiş:

1. “KAT LTD” MTK-nın üzvülərinin 10.02.2006-cı il tarixli protokolundan çıxarışı;

2. “KAT LTD” MTK-nın payçılarının 17.02.2006-cı il tarixli protokolundan çıxarış;

3.“KAT LTD” MTK-nın 13.03.2006-cı il tarixli arayışı;

4. “KAT LTD” MTK-nın 20.02.2006-cı il tarixli maliyyə arayışı;

5. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Bakı şəhəri, Süleyman Vəzirov küçəsi. Ev 11H, mənzil 10 ünvanında yerləşən mənzilin Tanırverdiyev Rövşən Hüseyn oğluna məxsus olmasına dair 23.03.2005-cı il tarixli, 010734 №li orderinin kötüyü, sənədlərinin Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kooperativ Təsərrüffatı İdarəsinin gerbli möhürlə təsdiqlənmiş surətləri Məhkəməyə təqdim etməklə bildirdim ki, iddiaçı Hikmət Məmmədov, R.Tanırverdiyevin və həyat yoldaşınının göstərilən mənzili onun xeyrinə imtina etmələri barədə notarial təsdiqlə bəyan etmələrini bildirmişdir. Lakin, yuxarıda göstərilən 010734 №li orderin kötüyündə adıgedən mənzilə üçüncü payçı hüququna malik olan Tanırverdiyev Elmar Rövşən oğlunun da rəsmi razılığı olmadan 2015-ci ildə həmin mənzil özgəninkiləşdirilə bilməzdi. Odur ki, iddiaçının “alqı-satqı”sı etibarsızdır.

Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 2(005)3879/2017 №-li mülki iş üzrə 28 aprel 2017-ci il tarixli Qərardadı məhz bu baxımdan da qanuni və əsaslı deyildir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir.

Hörmətli Məhkəmə-Hüquq Şurasının Sədri,

Hörmətli Məhkəmə-Hüquq Şurasının Sədri,Yuxarıda göstərdiklərimi Sizin diqqətinizə çatdıraraq, mənbəsi şübhə doğuran “sənəd”ləri Məhkəməyə təqdim etməklə mənim xüsusi mülkiyyətimdə olan mənzilimi Məhkəmə vasitəsi ilə mənimsəməyə cəhd edən Məmmədov Hikmət Zahir oğluna aşkarcasına havadarlıq etməklə Məhkəmələrin nüfuzuna xələl gətirən Nərimanov rayon məhkəməsinin hakimi Əsədova Gültəkin Akif qızının 2(005)3879/2017 №-li mülki iş üzrə ədalətli qərar qəbul edəcəyi şübhə yaratdığı üçün onun işi davam etdirməsinə əsaslı olaraq etiraz edirəm və məsələyə aydınlıq gətirilməsində Sizin köməkliyinizi xahiş edirəm.


Hörmətlə,Yunusov Abbas İzzət oğlu
“31” may 2017-ci il
LEGİON

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.