SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Rezidenturaya qəbul imtahanı keçiriləcək

Rezidenturaya qəbul imtahanı keçiriləcək

Tarix:

13-06-2022, 18:58

/ 355 dəfə oxundu.
Rezidenturaya qəbul imtahanı keçiriləcək

 
Rezidenturaya qəbul imtahanının I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) 2-ci cəhdi iyunun 19-da Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

“İmtahana buraxılış vərəqəsi” çap etmək üçün linkə My Webpage daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Şərhlər

XƏBƏR LENTİ