XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Kolleclərə ərizə qəbulu sistemi yenidən aktiv edilib

Kolleclərə ərizə qəbulu sistemi yenidən aktiv edilib

Kolleclərə ərizə qəbulu sistemi yenidən aktiv edilib
24-05-2022, 17:00

 
Dövlət İmtahan Mərkəzinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.


DİM-dən bildirilib ki, aşağıdakı kateqoriyadan olan abituriyentlər mayın 24-dən 31-dək elektron ərizə qəbulunda iştirak edə bilərlər:

- Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bu il buraxılış imtahanı verən, lakin 5-25 aprel 2022-ci il tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunları;

- Keçən il buraxılış imtahanı (qəbul imtahanı) verən və müsabiqə şərtlərini ödəyən, lakin lakin 5-25 aprel 2022-ci il tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları.

Ərizələrin qəbulu 2022-ci il 31 may saat 23:59-dək davam edəcək. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan (şəxsi kabineti olmayanlar) sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər.

Qeyd 1. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bu il keçirilən buraxılış imtahanı nəticələri müsabiqə şərtlərini ödəməyən abituriyentlər ərizə qəbulunda iştirak edə bilməzlər. İmtahan nəticəsi hələ elan olunmayan abituriyentlər isə qeydiyyatdan keçə bilərlər.

Qeyd 2. 5-25 aprel 2022-ci il tarixlərində ərizə təqdim etmiş abituriyentlərin yenidən qeydiyyatına ehtiyac yoxdur. Hazırki qeydiyyat vaxtında ərizə təqdim etməyənlər üçündür.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.