XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Mədət Quliyevə yeni müavin təyin olundu

Mədət Quliyevə yeni müavin təyin olundu

Mədət Quliyevə yeni müavin təyin olundu
29-05-2017, 11:06

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinat olub.

DTX-nin Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor İlqar Musayev tutduğu vəzifədən azad edilərək xidmət rəisinin müavini təyin edilib.

DTX-dən təyinat xəbərini təsdiqləyiblər.

Qeyd edək ki, buna qədər DTX rəisinin bir müavini olub. Bu, general-mayor İsmayıl Bağırovdur.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.