SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Vəhabilərlə bağlı ilginc müraciət - MƏTN

Vəhabilərlə bağlı ilginc müraciət - MƏTN

Tarix:

29-05-2017, 10:02

/ 60 918 dəfə oxundu.
Vəhabilərlə bağlı ilginc müraciət - MƏTN

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Surəti: Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Ramil Usubova
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Mədət Quliyevə
Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Şahin İskəndərov küçəsi ev 11-də yaşayan Dadaşova Lalə Vahid qızı
tel: 055-395-45-65
M Ü R A C İ Ə T

Məlumat üçün bildirirəm ki, mən Dadaşov Araz Məcnun oğlu ilə nigaha girərək ailə həyatı qurmuşam və həmin nigahdan 4 övladım var.
Mən Azərbaycn Respublikasının vətəndaşı kimi özümə borc bilib terror təşkilatları və radikal islamçılarla əlaqəsi olan və onlara dayaq duran Araz Dadaşovun qanunsuz əməlləri barədə məlumat verərək aşağdakıları bildirirəm.
Belə ki, Araz Dadaşov Azərbaycanda anadan olmasına baxmayaraq 90-cı illərin ortalarında Rusiya Federasiyasının vətəndaşlığını qəbul edərək bir müddət orada yaşamaqla radikal islamçılara qoşulmuş, o cümlədən hazırda Rusiya hüquq-mühafizə orqanları tərəfindən terrorçuluğa görə ittiham olunan əslən dağıstanlı Abu Umar Sasitlinskinin həbsindən əvvəl onunla sıx əlaqədə olmuş, Abu Umarla bir yerdə Səudiyyə Ərəbistana səfərlər etmiş, bir sözlə vahabiçilərin hərəkatına qoşularaq Azərbaycana qayıdıb radikal islamçılara dəstək olmaq üçün burada həmin hərəkatın fəal iştirakçısı və təşkilatçısı kimi təşviqat aparmaqla terror təşkilatı hesab olunan İrak Şam İslam Dövlətinin tərəfində iştirak etmək üçün Azərbaycan Respublikasının vətəndaşlarının cəlb edilməsində, onların Suriyaya göndərilməsində, göndərilmiş şəxslərin ailələrinin pul vəsaiti ilə təmin olunmasında mühüm rolu vardır.
Terrorçulara dəstək göstərilməsi məsələləri kənd Qala məscidində həmin məscidin bilavasitə axundu Xaqaninin məsləhəti ilə bu hərəkata başçılıq edən Araz Dadaşovun əlaltıları vahabi Süleymanlı Çingiz Süleyman oğlu, Dadaşov Fərman Cəlalətddin oğlu və qeyrilərinin köməyi və iştirakı ilə həyata keçirilir.
Lakin son vaxtlar terror təşkilatı olan İrak Şam İslam Dövlətinin mövqeyləri Suriyada zəiflədiyi üçün orada iştirak edən şəxslərin qayıtmaları gözlənilir və bu səbəbə görə də Araz Dadaşov öz dəstə üzvləri ilə yəni vahabi Fərman Dadaşov, Çingiz Süleymanlı və qeyriləri ilə qabaqlayıcı tədbirlər görməyə başlamışdır.
Belə ki, mənim şəxsi mülkiyyətimdə olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 3/462 ünvanda yerləşən 0,075 ha, həmin qəsəbədə 5/17 saylı ünvanda yerləşən 0,06 ha, həmin qəsəbədə 3-7 saylı ünvanda yerləşən 0,12 ha və həmin qəsəbədə 3/409 saylı ünvanda yerləşən 0,12 torpaq sahələrini bir gündə yəni 09 avqust 2016-cı ildə həmin sahələrin (4 sahə) ölçülərinin biri-birindən fərqli olmasına baxmayaraq eyni qiymətə yəni 5000 (beş min) manata öz dəsdə üzvü vahabi Fərman Dadaşovun adına 7 saylı notariat kontorunda formal alqı-satqı müqaviləsini tərtib etdirmişdir. Qalan əmlakımı dələduzluqla ələ keçirilməsinin qarşısını almaq üçün səhəri günü yəni 10 avqust 2016-cı ildə ona verdiyim baş etibarnaməni ləğv etdirib elə həmin gün baş etibarnamənin ləğv olunması barədə «Elektron notariat» avtomatlaşdırılmış informasiya sistemindən qeydiyyatdan keçirməyimə baxmayaraq, Araz Dadaşov təkrarən 7 saylı notariat kontorunun notariusu Vədətov Nadir Əlimədəd oğlu ilə cinayət əlaqəsinə girərək Xəzər rayon Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 nömrəli evin 47-ci mənzili notariat qaydasında təsdiq edilmiş razılıq ərizəm olmadan 10000 (on min) manata satmağı barədə vahabi Fərman Dadaşovun adına formal alqı-satqı müqaviləsini tərtib etdirmiş, elə həmin gün yəni 11 avqust 2016-cı ildə elə həmin notariat kontorunda Fərman Dadaşovun və onun arvadı Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olan Babayeva Səkinə Vahid qızının adından yuxarıda göstərilən torpaq sahələrini və mənzili əlində saxlamaq üçün öz adına baş etibarnamə tərtib etdirmişdir.
Bundan başqa həmin tarixdə yəni 11 avqust 2016-cı ildə eyni ilə həmin ləğv olunmuş baş etibarnamədən təkrarən istifadə edərək yenə 7 saylı notariat kontorunda notarius Nadir Vədətovla cinayət əlaqəsinə girərək Mərdəkan qəsəbəsi H.Z.Tağıyev küçəsi 8-ci Döngə 5«J»-də yerləşən ümumi sahəsi 378.8 kv/m fərdi yaşayış evini 30000 (otuz min) manata dəstənin digər üzvü vahabi Süleymanlı Çingiz Süleyman oğlunun adına, həmin tarixdə digər mülkiyyətimdə olan Mərdəkan qəsəbəsi 2-ci Döngə Yesenin küçəsi ev 18«J»-də yerləşən ümumi sahəsi 114.2 kv/m qeyri-yaşayış evini 20000 (iyirmi min) manata yenə də Süleymanlı Çingiz Süleyman oğlunun adına alqı-satqı müqavilələrin təsdiqi zamanı hər iki halda mənim razılıq ərizəm olmadan dələduzluqla ələ keçirmiş və elə həmin gün, həmin notariat kontorunda Çingiz Süleymanlıdan öz adına baş etibarnamə tərtib etməklə saxta notariat əməliyyatlarını həyata keçirəndən sonra, əmlaklarımı dələduzluqla ələ keçirəndən sonra nigahmızın pozulmasına nail olmuşdur.
Beləliklə də, Araz Dadaşov bu dələduzluqları 7 saylı notariat kontorunun notariusu Nadir Vədətov, mütəşşəkkil dəstə üzvləri Fərman Dadaşov və Çingiz Süleymanlı ilə cinayət əlaqəsinə girərək törətmişdir. Araz Dadaşovun mənə məxsus 4 torpaq sahəsini, mənzili, fərdi yaşayaş evini və qeyri yaşayaş sahəsini dələduzluqla ələ keçirmək niyyətinin əsas səbəbi gələcəkdə Suriyadan qayıdan radikal islamçılar üçün dayaq duraraq pul və əmlakla onlarə təmin etməkdir. Ola bilsin ki, həmin şəxslər üçün silah və sursatlar da hazırlayıb. Bir sözlə niyyəti və məqsədi həmin şəxslərə şərait yaratmaqdır.
Araz Dadaşov 2000-ci il təvəllüdlü övladımız Məhəmməd və 2002-ci il təvəllüdlü Əmirəlinin məktəbdə oxumaq yox, cihada hazır olmaqlarını bildirməklə öz təsiri altına saxlamaq üçün daimi təziqlər göstərirdi.
Sonuncu dəfə onun bu qanunsuz fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyim barədə ona xəbərdarlıq edəndə, Araz məni ölümlə hədələyərək bildirmişdir ki, hələ 2004-cü ildə Rusiyada azərbaycanlı iş adamı “Zyablikovo bazarı”nın sahibi Hafiz Mahmudovu qətlə yetirib meşədə basdırdığı kimi məni də qətlə yetirib izimi-tozumu itirəcəyini və heç kim ona bunu sübut edə bilməyəcəyini səsləndirərək qeyd etmişdir ki, 2004-cü ilin mart ayında Hafiz Mahmudovu qətilə yetirəndən sonra Rusiyada hüquq-mühafizə orqanlarının əməkdaşları ondan şübhələnsələr də ona bunu sübut edə bilməmişlər və bu günə kimi həmin qətl bağlı qalmışdır.
Onun radikal islamçılarla əlaqələrinin olub-olmamasını müəyyən etmək üçün son 4 ildə Azərbaycan Respublikasından neçə dəfə Səudiyyə Ərəbistana, Türkiyəyə, Qazaxstana və Rusiyaya səfərlər etməsini yoxlamaq kifayət edər. Həmçinin Araz Dadaşovun cihada hazırlıqlı olmasını onun silahla fotoşəkilləri də təsdiq edir.
Araz Dadaşovun amansız, qəddar və təhlükəli olduğunu nəzərə alıb onun dövlətmizə və xalqımıza böyük zərər vurmaq niyyətində olmasını və bu cinayətkar fəaliyyətinin qarşısını almaq üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə göstəriş verməyinizi xahiş edirəm.
Hörmətlə,
Dadaşova L.V.
365info.az

Şərhlər

XƏBƏR LENTİ