Seksə ara versəniz, nə olar? – QADINLAR OXUSUN
Cinsi həyatın həm kişilərin, həm də qadınların sağlamlığına nə qədər faydalı olduğu məlumdur. Kifayət qədər sekslə məşğul olmamaq bütün bədənə və psixologiyaya təsir edir. Bunun xüsusən kişilərin sağlamlığına mənfi təsir etdiyi deyilir. Maraqlıdır, bəs qadın sekslə məşğul olmadıqda orqanizmində nə baş verir? Bu suala mütəxəssislərin cavablarını təqdim edirik.
Libido itir
Sekslə kifayət qədər məşğul olmadıqda cinsi aktivliyinizi itirərsiniz. Seksdən uzaq duran insanların vaxt keçdikcə iştahı itir. Necə deyirlər, gözdən uzaq olan könüldən də iraq olar.
Vaginal divarlar zəifləyər
Bu hal xüsusilə menopauza keçirən qadınlara aiddir. Daimi olaraq cinsi əlaqəyə girmədikdə vaginal divarlar nazilir və cinsi əlaqə zamanı ağrı verməyə başlayır. Mütəxəssislərin fikrincə, nizamlı seks menopauza dövründə vaginal sağlamlıq üçün vacibdir.
Vagina dayanıqlığını itirir
Xüsusilə orta yaşlı qadınlar seksə ara verdikdə vagina dayanıqlığını itirdiyi üçün seks olduqca ağrı verir. Bunun səbəbi estrogen hormonunun kifayət qədər olmamasıdır. 20-30 yaş arasında qadınlar kifayət estrogen hormonu ifraz etdikləri üçün sekslə məşğul olduqda toxumalar sağlam, elastik və hamar qalır.
Menstruasiya sancılarını artırır
Bir çox qadınlar menstruasiya dövründə seksə ara verir. Əslində elə bu dövrdə sekslə məşğul olmaq məsləhətdir. Çünki seks menstruasiya sancılarının qarşısını ala bilər. Orqazm olduqda uşaqlıq kontraksiyası yaşanır və bu vəziyyət qanın daha tez boşalmasını təmin edir. Bu da sancıları azaldır. Eyni zamanda, orqazm endorfin ifrazını təmin edir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?