SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycan Qoşulmama Hərəkata sədrliyi dövründə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirib

Azərbaycan Qoşulmama Hərəkata sədrliyi dövründə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirib

Tarix:

15-10-2021, 15:57

/ 460 dəfə oxundu.
Azərbaycan Qoşulmama Hərəkata sədrliyi dövründə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirib


Qoşulmama Hərəkatı 1961-ci ildə fəaliyyətə başlayıb. Həmin Hərəkat üzvlərinə üçüncü dövlətlər də deyirlər. Hərəkatın yaranması Rusiya ilə ABŞ arasında gedən soyuq müharibə dövrünə təsadüf edir. Həmin üzv dövlətlər heç bir bloka qoşulmamaq qərarına gəlib və bu təşkilatı yaradıblar. Qoşulmama Hərəkatı BMT-dən sonra ən çox üzvü olan təşkilatdır. 
2011-ci ildən Qoşulmama Hərəkatına üzv olan Azərbaycan 2019-2022-ci illərdə təşkilata rəhbərlik edəcək. Azərbaycanın yekdilliklə bu təşkilata rəhbərlik etməsi ölkəmizin qlobal səviyyədə nüfuza malik olmasından xəbər verir. Qoşulmama Hərəkatına rəhbərlik etmək təklifi məhz təşkilat üzvləri tərəfindən irəli sürüldü. Hərəkata sədrlik müddətində Prezident İlham Əliyev ən aktual mövzulara dair çıxışlar edib, diqqəti həmin problemlərin həllinə çəkib, onların həlli üçün birgə səy göstərməyə çağırıb. Prezident çıxışlarında dünyanın mübarizə apardığı COVID-19 pandemiyası ilə bağlı problemlərə xüsusi diqqət yetirib. Reallıq budur ki, bu pandemiya bir çox dövlətlərə böyük təsir etsə də, Azərbaycan rəhbərliyinin müdrikliyi nəticəsində ölkəmiz ola biləcək ziyanlardan maksimum dərəcədə yayınmağı bacarıb. Hətta Azərbaycan tərəfi pandemiyaya qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə 10 milyon dollar maliyyə ayırıb. Bu miqdarın yarısı təşkilatın ən çox ziyan çəkmiş üzvlərinə verilib. Həmçinin təmənnasız olaraq bir neçə dövlətə də minlərlə doza vaksin göndərib. 
 Azərbaycanın Hərəkata sədrliyi dövründə beynəlxalq hüquqa uyğun olaraq hərəkət etdiyini, öz səlahiyyətlərindən sui-istifadə etmədən üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirib. Məhz bu amillərə görə üzv dövlətlər Azərbaycanın təşkilata sədrliyini daha da uzadılmasını xahiş etdilər. Belə ki, 2021-ci ildə Qoşulmama Hərəkatının üzvləri Azərbaycana müraciət ünvanlayaraq sədrliyi əlavə bir il müddətinə də həyata keçirməsini istəyiblər. Azərbaycan da öz növbəsində bu təklifi qəbul edib. Nəticədə Qoşulmama Hərəkatının bu ilin iyulun 13-14-də Xarici işlər nazirlərinin onlayn formatda baş tutan Aralıq Konfransında Hərəkat üzvləri yekdilliklə Azərbaycanın sədrliyinin daha bir il, yəni, 2023-cü ilə qədər uzadılması haqqında qərar veriblər.
Ölkə başçısının çıxışındakı digər mühüm məqam Prezident İlham Əliyevin çıxışları zamanı Ermənistanın çirkin və təxribatçı əməllərindən bəhs etməsidir. Prezident İlham Əliyev Ermənistanın Azərbaycanın torpaqlarını 30 ilə yaxın işğal altında saxlamasından və həmin ərazilərin qeyri-şərtsiz boşaldılmasına dair BMT tərəfindən qəbul edilmiş 4 mühüm qətnamənin illərdir kağız üzərində qalmasından, nəhayət, Azərbaycanın haqlı mübarizəyə başlayaraq öz gücü ilə ərazi bütövlüyünü bərpa etməsindən ətraflı danışıb.  

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

Şərhlər

XƏBƏR LENTİ