Lənkəranskinin adamları Yunanıstanda toplandılar - Lotu Hikmətin qohumu “qanuni oğru” oldu
Türkiyədə qətlə yetirilən "kriminal general” Rövşən Lənkəranskinin adamları Yunanıstanda "sxodka” keçiriblər.
Dünən baş tutan yığıncaqda Lənkəranski klanına qarşı hazırda Azərbaycanda həbsdə olan Lotu Qulinin apardığı amansız mübarizə, onun artıq bütün sahələrə nəzarət etməsi müzakirə olunub. Qətlə yetirilən avtoritetə sadiq olan şəxslərin bundan sonrakı fəaliyyəti, onlara yönəlik hücumların qarşısının alınması barədə planlar cızılıb.
"Sxodka” da həmçinin Lənkəranskiyə yaxın olan 3 kriminal avtoritetə "qanuni oğru” adı veriblər. Taclandırılan şəxslər Vüsal, Ruslan və Məmmədqulu adlı kriminal avtoritetlərdir. Məlumata görə, Məmmədqulu məşhur "qanuni oğru” sabirabadlı Hikmədin qardaşı oğludur.
Qeyd edək ki, Lənkəranski qətlə yetirildikdən sonra onun tərəfdarlaına qarşı böyük müharibə başlayıb. Həmin klanın nəzarət etdiyi sahələr əllərindən alınır, Lotu Quliyə qarşı olan avtoritetlər əzilir. İndiyə qədər mediada bir neçə tanınmış avtoritetin dəhşətli işgəncələrə məruz qalması, hətta bir nəfərin qulağının kəsildiyi əks olunan videolar yayılıb.
Məlumata görə, Lənkəranskinin adamlarının əsas fəaliyyət göstərdiyi Rusiya, Ukrayna, Türkiyədə kriminal nəzarət tamamilə Qulinin adamlarına keçib.
Elə buna görə də, Lənkaranski tərəfdarları "sxodka”larını Yunanıstanda keçiriblər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?