
Yevlaxda arıçılıqla məşğul olan şəxslər, kənd soveti tərəfindən torpaqlarının zəbt edildiyini deyərək etiraz edirlər.
Yevlax rayonu, Malbinəsi kənd sakini Mahmudov Sərvər Mahir oğlu tərəfindən redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, bələdiyyənin elektron sistemlə onlara verdiyi torpaq sahələri kənd soveti Muxtarov Qalib Vahid oğlu tərəfindən qanunsuz ələ keçirili
Şikayətçinin sözlərinə görə, şəhər qeydiyyatında olanlara 60 ha torpaq verilib:
“Mən arıçıyam. Qırmızı kitaba düşmüş ağacları əkmək üçün bələdiyyədən torpaq istəyirik. Ölkə başçısının fərmanında qeyd olunur ki, arıçılıq, baramaçılıq və pambıqçılıq sahəsinə önəm verilməlidir. Sağ olsun cənab Prezident, bu üç sahəyə xüsusi diqqət ayırır. Buna baxmayaraq, bələdiyyə torpaqları zəbt edir. Əsas isə Kənd Sovetidir. Bələdiyyələr yenə işləyir, bizə elektron sistemdə torpaq verir, amma Sovet sədrinin bu torpaqlarl ələ keçirməyə ixtiyarı yoxdur axı? O, 14 ha bələdiyyə torpağını qardaşının adına keçirdib. Qardaşı da bank işçisidir.
Biz bələdiyyədən torpaq istəyirik ki, Qırmızı Kitaba düşmüş ağaclar əkək, çünki arı nektar vermədiyi üçün buna məcburuq. Deyirlər ki, torpaq yoxdur. Bizi aparıblar susuz, şoran yerlərə. Həmin sahə, Kənd Sovetinin öz adınadır, heç bələdiyyə sənədi yoxdur. İcra Hakimiyyəti, eləcə də Milli Məclisin deputatı İlham müəllim bu işlə maraqlanır. Yevlax rayon İcra Hakimiyyətində, bütün kənd bələdiyyələrinin başında oturan Allahverdi müəllim, bizi elektron sistemlə göndərib 2 ha 80 sot sahəyə ki, o sahəni işlədək, təsərrüfat quraq. Şoran yer olmasa da, həmin sahədə, demək olar, texnika yoxdur.
Həmin yerin kənd soveti (Yevlax rayonu Malbinəsi kəndi) Qalib Muxtarova aid olduğunu öyrəndik, halbuki bu torpağın sahibliyi haqqında onun heç sənədi yoxdur, amma orada təsərrüfatı, mal-heyvan ferması var. Bu adam rəsmi olaraq 280 manat maaş alır, amma qazandığı pul ondan çoxdur.
Bələdiyyəyə isə bizə heç bir sənəd vermir.
Sonradan araşdırmışıq ki, bələdiyyə şəhər qeydiyyatında olanlara 60 ha torpaq verib. Kənd camaatı, qazilərimiz, şəhid ailələri qalıb bir kənarda, onlar şəhər qeydiyyatında olan adamlara 60 ha torpaq verib. Bu necə olur? Xahiş edirik, məsələni aşdırsınlar. Xahiş edirəm, bizim şikayətimizi aidiyyatı qurumlara çatdırasınız”.
Bir arıçı kimi sizdən xahişimiz bu məsələni işıqlandırmağınız, ən önəmlisidə şikayətimizi Prezident Aparatına yönləndirməyinizdir. Çünki bizim yazdığımız məktublar Yevlax Mərkəzi Poçtda itirilir.
Məsələ ilə qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
KanalS.az