XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Diaspor komitəsinin sədrinin 5 min manatlıq geyimi – Fotofakt

Diaspor komitəsinin sədrinin 5 min manatlıq geyimi – Fotofakt

Diaspor komitəsinin sədrinin 5 min manatlıq geyimi – Fotofakt
30-06-2021, 22:32

Vitse-spiker Adil Əliyev Milli Məclisdə YAŞAT Fonduna ianələrin edilməsi ilə bağlı çağırış edib.

O deyib ki, hər kəs fonda heç olmasa 10 manat yardım etsin.
Bu çağırışdan sonra jurnalist Fikrət Hüseynli araşdırma aparıb.
O, “Feysbuk” hesabında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun şəklini paylaşaraq onun kəmərinin 1528 avro, ayaqqabısının isə 740 avro olduğunu iddia edib:
“Adil Əliyev keçən həftə çağırış etdi ki, bəs heç olmasa, 10 manatdan YAŞAT Fonduna pul keçirin, vəsait azalır. Mən də ondan sonra məmurların şəklinə baxıb dəyərləndirmə aparıram. Dünən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun İstanbulda 90 min dollar xərcləyib 5 ulduzlu oteldə keçirdiyi tədbirdəki şəklinə baxanda gördüm ki, kəməri 1528 avrodur. Ayaqqabısının da minimum dəyəri 740 avrodur, “Luis Voitton” firmasınındır. Hələ geyim dəstini demirəm. Adil müəllim, buyurun, sizə 2300 avro tapmışam. Satıb verin Yaşat Fonduna”, deyə jurnalist qeyd edib. yazıb.

Pia.az

XalqXeber.Az
ƏN ÇOX OXUNANLAR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.