SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Xuraman Muradova: Heydər Əliyev olmasaydı, indi qurduğumuz respublikanın da ömrü uzun olmaya bilərdi

Xuraman Muradova: Heydər Əliyev olmasaydı, indi qurduğumuz respublikanın da ömrü uzun olmaya bilərdi

Tarix:

28-05-2021, 10:03

/ 2 117 dəfə oxundu.
Xuraman Muradova: Heydər Əliyev olmasaydı, indi qurduğumuz respublikanın da ömrü uzun olmaya bilərdi

28 may Azərbaycan tarixinin respublika qurulucuğu baxımından açılmış yeni mərhələsidir. 103 il öncə qurulmuş Azərbaycan Demokratik Cümhuriyyətinə, şübhəsiz ki, hər birimizin qəlbində xüsusi yeri var. Elə bir azərbaycanlı tapmaq olmaz ki, 28 may tarixini qürur hissi ilə xatırlamasın. Məmmədəmin Rəsulzadə, Əlibəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski və digər yüksək dünyagörüşə malik olan ziyalılarımız Demokratik Respublikanı min bir əziyyətlə qursalar da, təəssüf hissi ilə qeyd etməliyik ki, erməni daşnakları və rus işğalı nəticəsində onun ömrü uzun olmadı. Amma hər bir azərbaycanlı respublikanın varlığı ilə azadlığın nə olduğunu daddı və inandı ki, "Bir kərə yüksələn bayraq, bir daha enməz".
Bu gün, təkcə Azərbaycanda, həm də təkcə türk dünyasında deyil, bütövlükdə, müsəlman Şərqində Demokratik Cümhuriyyətin yarandığı bir gündür. Bu gün Azərbaycanın yurdsevən, demokratiya, tərəqqipərvər və millətsevən insanları müstəqillik elan ediblər. Məhz 1918-ci ilin 28 may günü Azərbaycan özünü bir dövlət kimi varlığını dünyaya göstərdi. Çox təəssüf ki, həmin illər qarışıq idi. Nə Birinci Dünya müharibəsi, nə də ki, dünyanın hələ bölüşdürülməsi prosesi qutarmamışdı, dünyada sovet kabusu dolaşırdı. Həmin dövrdə Azərbaycanda bütün qüvvələri səfərbər etmək və Azərbaycan Cümhuriyyətini qorumaq mümkün olmadı. Lakin o vaxt ADR-in banilərindən biri  Məmmədəmin Rəsulzadənin dediyi kimi, Cümhuriyyət Azərbaycan xalqına vəd etdiyi çox şeyi verə bilməsə də, azadlığın nə olduğunu dadızdırdı. 23 ay yaşayandan sonra o, süqut etdi və uzun illər sovet hökumətinin tabeliyində qalmağına baxmayaraq, xalqımız demokratik ideyaları daim qoruyub saxlamağa müvəffəq oldu.
XX əsrdə ikinci dəfə  demokratik dövlət əldə etdikdən sonra Azərbaycan  həmin demokratik cümhuriyyətin ənənələrini bərpa etdi. Azərbaycan dövləti özünün 1918-ci ildə qurulmuş demokratik cümhuriyyətin varisi olduğunu elan etdi. Məhz varislik prinsipinə görə, Respublika Günü Azərbaycanın dövlət müstəqilliyi günü kimi qeyd olunaraq, xalqın XX əsrdə qazandığı nailiyyətlərlə bağlı bir gündür. Şübhəsiz ki, XX əsrin sonlarında ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı demokratik, müstəqil Azərbaycanın dövlətinin qorunması, möhkəmləndirilməsi 1918-ci ildə əldə etdiyimiz uğurların əbədiyyətə qədər davam etməsinə səbəb olaraq dönüş yaratdı. Bu günün tarixi yaddaşlarda yaşanması,  gənc nəsillərinə tanıdılması, eləcə də, Azərbaycanı sevən, istəyən dost ölkələrə tanıtması bizim bir dövlət, bir millət olaraq tariximizə xidmət edəcək işlərdən biridir. Bu barədə düşünmək lazımdır. Təkcə bayram etmək yox, həm də o ənənələri yaşatmaq, inkişaf etdirmək, Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyümüzü təmin etmək, məhz Heydər Əliyev ideyalarına sədaqətimizin bilavasitə əməli təsdiqi olar.
Əgər ulu öndərimiz Heydər Əliyev olmasaydı, indi qurduğumuz respublikanın da ömrü uzun olmaya bilərdi. Lakin Heydər Əliyev Azərbaycan adlı bir gəminin  bacarıqlı kapitanı kimi bütün fırtınalardan məharətlə qoruyaraq, onu iqtisadi və siyasi inkişaf yoluna gətirib çıxartdı. Bu gün biz əminliklə deyə bilərik ki, ümummilli liderimizin qurduğu dövləti ölkə başçısı İlham Əliyev də qoruyub saxlayır. Bunun nəticəsidir ki, dünyanın rəngarəng siyasi xəritəsində Azərbaycan xüsusi yerə sahib dir.

Xuraman Muradova
“Milan Hospital”-ın rəhbəri

Şərhlər

XƏBƏR LENTİ