Leyla Əliyeva müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə görüşdü
Heydər Əliyev Fondu Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə növbəti görüş təşkil edib
Nahar və çay süfrəsi arxasında keçən görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Leyla Əliyeva pansionatın sakinləri ilə görüşdü, onlarla səmimi söhbət etdi.
Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla yanaşı, əmək və müharibə veteranları ilə və ahıllarla daim görüşlər keçirdiyini, onları qayğı ilə əhatə etdiyini vurğulayan pansionat sakinləri bunun mənəvi baxımdan böyük əhəmiyyət kəsb etdiyini bildirdilər.
Heydər Əliyev Fondunun nümayəndələri mütəmadi olaraq Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionata baş çəkir, buranın şəraiti, sakinlərin qayğıları ilə maraqlanır, onların müxtəlif problemlərinin həllində iştirak edirlər. Eləcə də pansionat sakinlərinin asudə vaxtlarının təşkili daim diqqətdə saxlanılır.
Pansionatdan kənar təşkil olunan budəfəki görüş və istirahət proqramı sakinlər üçün xoş təəssürat yaratdı.
Tədbirdə Heydər Əliyev Fondu adından hədiyyələr də verildi.





Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?