“Nar”ın “Oxu saatı” layihəsinin növbəti qiraətçisi Zülfiyyə Xanbabayeva olacaq
23 aprel Ümumdünya Kitab Günü münasibətilə “Nar” və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə başlayan “Oxu saatı” layihəsi davam edir. 14 may saat 12:00-da baş tutacaq onlayn görüşün növbəti qiraətçisi xalq artisti Zülfiyyə Xanbabayeva olacaq.
O, izləyicilər üçün dünyaca məşhur nağıllar oxuyacaq. Görüşə qoşulmaq üçün bu keçidə daxil olmaq, yaxud “Nar”ın rəsmi Facebook və YouTube kanallarında yayımı canlı şəkildə izləmək mümkündür.
Qeyd edək ki, “Oxu saatı”nın buna qədər qonaqları xalq yazıçısı Çingiz Abdullayev, televiziya aparıcıları Nərgiz Cəlilova və Ceyhun Əli olublar. Onlar məktəblilərə mütaliənin, kitabın əhəmiyyətindən danışıb, müxtəlif nağıllar, hekayələr oxuyublar. Ümumilikdə 6100-dən çox məktəbli “Oxu saatı” layihəsinin dinləyicisi olub.
Təhsil Nazirliyinin də dəstəyilə reallaşan layihənin əsas məqsədi pandemiya dövründə məktəblilərin maarifləndirilməsi və mütaliə vərdişlərini inkişaf etdirərək səmərəli vaxt keçirmələrinə dəstək olmaqdır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək