SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » General oğlunun köhnə cinayət işi - FOTO

General oğlunun köhnə cinayət işi - FOTO

Tarix:

6-05-2021, 08:35

/ 999 dəfə oxundu.
General oğlunun köhnə cinayət işi - FOTO

Bakıda marketlərdən birində məhsulları qəsdən yararsız hala salan Rüstəm Orucov bir neçə il əvvəl də qalmaqallı davranışları ilə gündəmə gəlib. 
"Ölkə.Az" Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini, general-mayor Novruzəli Orucovun oğlu olan Rüstəm Orucov 2017-ci il iyulun 3-də törətdiyi əməli də mətbuatda yer alıb.
Belə ki, sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı, 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona oğluna əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub.
Vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
Generalın oğlu həmçinin dəbdəbəli həyatı və lüks avtomobilləri ilə də gündəmə gəlib.
N. Orucov oğlunun əməllərinə görə yerli mətbuata açıqlama verərkən peşman olduğunu və "onu gərək cəzalandırardım, döyərdim" sözlərini deyib.
“Çox peşmanam. Gərək onu cəzalandırardım, döyərdim. Cənab prezidentdən çox razıyam, dediyim kimi birinci dəfə mənə dəymədi. Allah onun balalarını saxlasın. Qoy bu hadisədən bütün genarallarımız, zabitlərimiz, yüksək rütbəli məmurlarımız ibrət dərsi alsınlar. Məmurlar uşaqlarını boş buraxmasınlar. Bu hadisə onlara dərs olsun. Yenə də deyirəm, cənab prezident bir dəfə mənə xəbərdarlıq etmişdi, bu dəfə də cəzalandırdı”.

Qeyd edək ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olunub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.
Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər

XƏBƏR LENTİ