SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Zəngəzur dəhlizinin açılması Azərbaycanın yeni inkişaf mərhələsinin mühüm prioritetlərindəndir

Zəngəzur dəhlizinin açılması Azərbaycanın yeni inkişaf mərhələsinin mühüm prioritetlərindəndir

Tarix:

26-04-2021, 18:29

/ 530 dəfə oxundu.
Zəngəzur dəhlizinin açılması Azərbaycanın yeni inkişaf mərhələsinin mühüm prioritetlərindəndir

Azərbaycan dövlətinin 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə ərazi bütövlüyümüzün təmin olunması ilə yanaşı, regionda yeni siyasi-iqtisadi reallıqlar yaratdı. Belə ki, istər Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəli bəyanat Azərbaycanın qəti qələbəsini təsdiqləyən sənəd kimi tarixə düşdü. Bununla yanaşı, bu bəyanatın 9-cu bəndi və bu ilin yanvarın 11-də Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır. Vurğulanmalıdır ki, Moskva bəyanatında kommunikasiyanın bərpasının 1 mart tarixindən etibarən reallaşacağı qeyd olunurdu. Bu səbəbdəndir ki, hətta Ermənistan baş nazirinin aprelin 8-də Moskvaya etdiyi səfərindən əvvəl kommunikasiyaların açılmasının sürətləndirilməsi məqsədilə yeni üçtərəfli sənədin imzalanacağı haqda da fərziyyələr irəli sürülürdü.
Qeyd etmək lazımdır ki, regionun inkişafı prosesində yeni mərhələ kimi qeyd edilən Zəngəzur dəhlizinin açılması tarixi bir hadisədir. Bu ideya hələ Sovet İttifaqı dönəmində, Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində ortaya çıxmışdı. 1970-80-ci illərdə Ulu Öndər Heydər Əliyevin Siyasi Büronun üzvü olan zaman inşasına başlanılan Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolu o dövrdə ermənilərin ciddi narazılığı ilə qarşılanmışdı. Ermənilər bu layihəni "türklərin Böyük Turan layihəsinin icrasına zəmin hazırlamaq" məqsədi sayırdı. Bəli, 2020-ci ilin noyabrın 8-də Şuşanın erməni işğalından azad edilməsi ilə bağlı xalqa müraciətində Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Ulu Öndərimizin vəsiyyəti bir daha yerinə yetirilir. Prezident İlham Əliyev Şuşanın azad olunmasında olduğu kimi Zəngəzur dəhlizini bərpa etməklə də ata vəsiyyətini yerinə yetirir, Ulu Öndərin müəyyən etdiyi strateji hədəfə çatır. Azərbaycanın milli inkişaf konsepsiyasının əsasını qoyan Ulu Öndər Heydər Əliyev yolunun uğurlu davamçısı Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasını milli hədəfimiz kimi proiritet elan edir. Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı çıxışında əsas vurğu heç də regional əmədaşlıq və yükdaşımaları ilə bağlı rəqabət üzərində deyil. Ölkə Prezidenti Öz nitqində bəyan edir ki, "Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir... Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır".
Bu isə o deməkdir ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev milli inkişafımızı məhz tarixi keçmişimizin, tarixi torpaqlarımızın ideologi əsasları üzərində qurur. Bununla yanaşı, Prezident İlham Əliyevin irəli sürdüyü bu milli hədəf heç də sərhədlərin yenidən cızılması kimi qiymətləndirilməməlidir. Bu cür qiymətləndirmənin əsassız olduğunu bəri başdan nümayiş etdirmək üçün cənab Prezident ADA Universitetində keçirilmiş görüşdə bildirdi ki, "Mən demədim ki, biz oraya tank üzərində qayıdacağıq. Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq?"
Azərbaycan dövləti özünün yeni inkişaf mərhələsini yaradır və bu mərhələni uğurla inkişaf etdirir. Tarixi torpaqlara qayıdış strateji planlaşdırma ilə həyata keçirilir – Tarixi torpaqlara qayıdış strategiyasının “yol xəritəsi” də açıqlanır: Azərbaycan o torpaqlara təzminat və digər iqtisadi rıçaqlarla qayıdacaq.
 
Sübhan Xəlilov,
Salyan rayon Qarabağlı 2 saylı kənd tam orta məktəbin müəllimi

Şərhlər

XƏBƏR LENTİ