XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Ramiz Mehdiyevin kürəkəninin qardaşı həbs olunub? - İDDİA

Ramiz Mehdiyevin kürəkəninin qardaşı həbs olunub? - İDDİA

Ramiz Mehdiyevin kürəkəninin qardaşı həbs olunub? - İDDİA
6-04-2021, 10:11

Xəbər verildiyi kimi, dünən Hesablama Palatası illik hesabatını açıqlayaraq, bir sıra dövlət qurumlarında ciddi maliyyə pozuntuları, habelə korrupsiya hallarının olduğunu bəyan edib. JAMAZ.İNFO xəbər verir ki, hesabatda KİVDF-lə yanaşı, AMEA-da da ciddi korrupsiya hallarının olduğu və bununla bağlı sənədlərin Baş Prokurorluğa göndərildiyi vurğulanır.


Qeyd edək ki, hesabat açıqlandıqdan sonra ilk həbs xəbərləri gəlməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, ilk olaraq ləğv edilmiş MTN-in iki sabiq generalı həbs olunublar. Onlardan biri Əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Nizami Şirinov, digəri isə İstintaq İdarəsinin rəisi Mövlan Şıxəlıyevdir. Hər iki generalın hansı səbəbdən həbs edildiyi məlum deyil. İlkin ehtimal budur ki, Şirinovla Şıxəlıyev rüşvətalmada, korrupsiyada və vəzifə səlahiyyətlərini aşmaqda ittiham oluna bilərlər.

Bu əsnada, tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli daha bir maraqlı məlumat yayıb. O bildirib ki, hələlik məlumatı dəqiqləşdirməyə ehtiyac var. Həsənlinin iddiasına görə, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəninin qardaşı, keçmiş MTN polkovniki, AMEA İşlər idarəsinin müdir müavini Fikrət Əliyev də həbs olunanlar sırasındadır. “Böyük ehtimalla Fikrət Əliyevin həbsi Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində AMEA ilə bağlı qaldırılan cinayət işi ilə bağlıdır”.

JAMAZ.İNFO olaraq məlumatı dəqiqləşdirməyə çalışsaq da, hələlik bir nəticə hasil olmayıb. Lakin bu zaman maraqlı bir neçə detal diqqəti çəkib ki, onlardan biri də Fikrət Əliyevin indiyə qədər bir çox korrupsiya məsələlərində adının hallanması ilə yanaşı, bir müddət əvvəl ciddi qalmaqala səbəb olmuş Rasim Məmmədov işində də keçir. Belə bir məlumat var ki, Əliyevin Məmmədovun xaricə maliyyə çıxarma və bir sıra maxinasiyalarında iştirak edib.

Araşdırmamız davam edir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.