SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanda şirkətlərdə işçilərin şəxsiyyət vəsiqələri toplanır - SƏBƏB

Azərbaycanda şirkətlərdə işçilərin şəxsiyyət vəsiqələri toplanır - SƏBƏB

Tarix:

2-04-2021, 12:22

/ 649 dəfə oxundu.
Azərbaycanda şirkətlərdə işçilərin şəxsiyyət vəsiqələri toplanır - SƏBƏB

Azərbaycanda şirkətlərdə işçilərin şəxsiyyət vəsiqələri toplanır.
 "Axar.az"a istinadən xəbər veririk ki, buna səbəb son günlər koronavirusa yoluxmada müşahidə olunan kəskin artım və bunun yaratdığı "karantin təhlükəsi"dir.
Belə ki, artıq bəzi şirkətlər aprelin 5-dən SMS-icazə tətbiq ediləcəyi ilə bağlı işçilərinə xəbərdarlıq ediblər. Hətta onlar portalda qeydiyyatdan keçmək etmək üçün əməkdaşların şəxsiyyət vəsiqələrini yığmağa başlayıblar.
Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeronda 5 apreldən əyani tədrisin dayandırılacağı rəsmən açıqlanıb.

Şərhlər

XƏBƏR LENTİ