SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Siyasi baxışları Vüsal Aslanovu daha haralara apara bilər…? - İTTİHAM

Siyasi baxışları Vüsal Aslanovu daha haralara apara bilər…? - İTTİHAM

Tarix:

9-03-2021, 12:18

/ 800 dəfə oxundu.
Siyasi baxışları Vüsal Aslanovu daha haralara apara bilər…? - İTTİHAM

İndi hamının “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri kimi tanıdığı Cavid Qurbanovu 90-cı illərin əvvəllərində ictimaiyyət fəal bir “bozqurdçu” kimi tanıyırdı. Mərhum prezident Heydər Əliyevin 15 noyabr 1994-cü il tarixli fərmanı ilə “işdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə” Azərbaycan Respublikası “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edildikdən sonra avtobioqrafiyasından da göründüyü kimi altı ay işsiz qalıb. Bu müddət ərzində onun respublikadan kənarda,harada gizləndiyini bilənlər azdır. Sonra “bozqurdçu” Cavid Qurbanov birdən-birə dönüb oldu Yeni Azərbaycan Partiyasının üzvu və “Avtoərzaqnəqliyyat” Birliyində baş direktor vəzifəsinə gətirildi. Əslində bütün bunlar da, sonrası da hamıya məlumdur. Qeyd edək ki,bütün bu oyunlardan çıxanda Cavid Qurbanovun cəmi 35-36 yaşı olub. Bu cür kəşməkeşli proselərin iştirakçısı olub və bəzi silahdaşlarından fərqli olaraq bir çox baryerləri dəf etmək təbii ki,bu yaşda olan hər kəsin işi deyil. Söz yox ki, onun cinayətdən yaxa qurtarmasında ata Qurbanovun da rolu çox olub, rusiyada yaşamış məşhur neftçi, mərhum Fərman Salmanovun da. Amma sonrakı illərdə baş verən irəliləyişlərin hamısı, şahmatda olduğu kimi, Cavid Qurbanovun öz gedişləridir.

Bütün bunlar zaman-zaman dövrü mətbuatdan hamıya bəlli olanlardır. Hansı ki, müəyyən müddətə qədər bunları ancaq Cavid Qurbanovun yaxın ətrafı bilirdi. Ona qədər bütün bunları hər vəchlə geniş ictimaiyyətdən gizlətməyə çalışan Cavid Qurbanov vəzifə kürsülərində yerini möhkəmləndirdikdən sonra yayılanların və deyilənləriin heç fərqində belə olmadı. Cavid Qurbanov bir zamanlar fəxr etdiyi siyasi mənsubiyyətini də hamıdan danmağa çalışdı. Amma əlahəzrət faktlar buna imkan vermədi. Keçmiş əqidə yoldaşlarından fərqli olaraq Cavid Qurbanov siyasi mənsubiyyətini dəyişəndə də arxasınca danışılanların fərqində olmadı. İndi də hamının gördüyü kimi respublikada kapitalı, var-dövləti ilə seçilənlərdən biri olub və biznes şəbəkəsinin səsi-sorağı dünyanın müxtəlif ölkələrindən gəlir.

Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Vüsal Aslanov 40 illik ömrünün hardasa yarısını Cavid Qurbanova xidmətdə keçirib və karyera pillələrində onun sayəsində ucalıb. Bunları gənc sədr müavinin avtobioqrafıyası deyir. Amma bizim əldə etdiyimiz başqa məlumatlarda onun müəyyən dairələr tərəfindən Cavid Qurbanovun yanına yerləşdirildiyi və yavaş-yavaş bu səviyyəyə çatdırıldığı bildirilir. təbii ki, Cavid Qurbanovun azından 20 ildir yanında gəzdirdiyi bir şəxsin keçmişindən xəbəri olmaması bir az inandırıcı gəlməyə bilər. Amma onun 2000-ci illərdə rəflərlərə qoyulmuş, hələ üstünü toz basmamış şəxsi dosyesi açılarsa Vüsal Aslanovun barəsində çox gizlinləri üzə çıxara bilər. O gizlinlər ki,Vüsal Aslanovu buralara qədər yüksəldib, açılarsa daha haralara apara bilər,bəlli deyil. Bugünkü gün Cavid Qurbanovun siyasi mənsubiyyətinin əvvəli də,sonu da yuxarıda qeyd etdiyimiz kimi hamıya məlumdur. Bəs Vüsal Aslanovun siyası baxışlarından, siyasi mənsubiyyətindən nə bilirik? Avtobioqrafiyasında hansı partiyanın üzvü olması barədə heç bir məlumat yoxdur. Çox güman ki,Vüsal Aslanov da YAP-ın vəsiqəsini görk üçün alıb, cibində gəzdirənlərdəndir.

Son vaxtlar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində hamı xəlvətdə Vüsal Aslanovun vaxtı ilə üzvü olduğu təşkilatdakı bugünkü fəaliyyətindən, siyasi baxışlarından danışır. Məlumatlara görə onun hansı cərəyəna qulluq etdiyini səhmdar cəmiyyətdə maliyyə idarəsinin rəis müavini Vəsilə Abdulova hamıdan yaxşı bilir. Deyilənlərə görə Vəsilə xanımda konkret dəlillər, sübutlar da var. Biz bir mətbuat orqanı olaraq Vəsilə xanımdan bəzi qaranlıq məsələlərə aydınlıq gətirmək üçün əlaqə saxladıq. Xanım müavin mətbuata açıqlama verməkdən birmənalı şəkildə imtina etdi. Təbii ki,bu onun hüquqlarıdı,yazmaq da bizim. Gizlinlər isə haçan da olsa üzə çıxacaq. Eynən sədrləri Cavid Qurbanovda olduğu kimi.

Aktualinfo.org

Şərhlər

XƏBƏR LENTİ