SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Deputatın şirkətində növbəti soyğunçuluq - sakinlər mitinqə hazırlaşır

Deputatın şirkətində növbəti soyğunçuluq - sakinlər mitinqə hazırlaşır

Tarix:

21-01-2017, 00:06

/ 2 127 dəfə oxundu.
Deputatın şirkətində növbəti soyğunçuluq - sakinlər mitinqə hazırlaşır

Deputat Ağalar Vəliyevə məxsus “Kristal Abşeron” tikinti şirkətinin aldatdığı vətəndaşlar mitinqə hazırlaşır

Bu barədə daxil olan məlumata görə, fırıldaqla üzləşən sakinlər Prezident Admnistrasiyası önünə toplaşmağı planlaşdırıb. Belə ki, mənillərin üç qat qiymətə başa gəlməsi kimi faktlar mediada işıq üzü görüb.

Evlər devalvasiyadan sonra vətəndaşlara üç qata baha qiymətə çıxıb. Məsələn, 50 kvadratlıq mənzil 110 min manata alınır.

Şirkət vətəndaşlardan dolların məzənnəsinə uyğun krediti ödəməyi tələb edir. Nəticədə vətəndaş qanunsuzluqla üzləşib və soyğunçuluqla qarşılaşıb.

Artıq bəzi vətəndaşlar evlərini qaytarır, bəziləri satışa çıxarır. Narazı sakinləri aksiya keçirməklə problemin həll olunacağına ümid edir.

Məsələn, Rəşad Kamil oğlu İbişov miq.az-a deyib ki, şirkət vətəndaşlar üzərində hər cür çirkli oyunlar oynayır.

R.İbişov məktubunda bildirir ki, o, 2013-cü ildə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 30-cu məhəllə ünvanında "Kristal Abşeron”dan 41 kvadrat metr olan bir otaqlı mənzil alıb.

Şirkət mənzili ona 5 illik kreditlə verib. “Bizim şirkətlə bağladığımız müqavilədə mənzilin sahəsi 41,6 kvadratmetr göstərilmişdi. Lakin şirkət müqaviləni pozaraq, mənzillərin reyestr çıxarışını almaq üçün müqavilə sənədini bizdən götürdü.

Reyestr çıxarışına görə bizdən əlavə 300 manat pul tələb etdilər. Bu məbləği ödəmədim. Buna görə də mənzilimin işığını kəsərək, 7 gün evimi işıqsız qoydu.
Məsələ ilə əlaqədar Korrupsiyaya qarı mübarizə idarəsinin 161 qaynar xəttinə müraciət etsəm də, şikayətimə baxılmadı.

Müqavilədə 41 kvadratmetr yazılıb, reyestr çıxarışında 37 kvaratmetr göstərilir. Bank bizdən artıq kvadratın pulunu alır. İstilik sisteminə görə əlavə pul hesablayırlar”.

R.İbişov qeyd edir ki, mühafizə pulu, xadimə pulu, lift pulu, üstəlik yeni qiymətlə istilik pulu tələb olunur. Şikayətçi əlavə edib ki, bütün bu özbaşınalıq, soyğunçuluq şirkətin direktoru Azər Məhərrəmovun göstərişi ilə həyata keçirilir.

Bu şirkətin deputat Ağalar Vəliyevə məxsus olduğu sirr deyil. Deputat birbaşa prezidentin daxili siyasətinə zidd addımlar atmaqla cibini doldurmağı düşünürük.

Onsuz da əhalinin sosial vəziyyəti ağırlaşır, yaşamaq çətinləşir, gəlirlər azalır, xərclər çoxalır, bahalaşma və işsizlik artır.

Bu zamanda kreditlə ev alıb güc-bəla dolanan sakinlərin üstünə aır yüklər qoymaq qanunsuzluq və insafsızlıqdır. Sakinlər şirkətdən prezidentə şikayət etməyə hazırlaşır.

Onu da deyək ki, deputat Ağalar Vəliyevin MTN çetesinin “toruna” düşməsi haqda yazdıqlarımız təsdiqini tapdı. Belə ki, yaxın ətrafı ilə bir məclisdə hökumətin sahibkarlara olan münasibətindən gileylənən iş adamının səsi yazılıb.

Həmin səs yazısında Ağalar Vəliyev sətiraltı ifadələrlə bir sıra tənqidlər səsləndirib. Onu MTN-nə dəvət edərək, həmin səsyazısı qarşısına qoyulub və “müxalifətçi” ittihamı irəli sürülüb.

Bu fakt qarşısında təslim olan deputatın 1 milyon pulu əlindən alınıb. Bundan başqa “Kristal Abşeron” yaşayış binalarının aşağı mərtəbəsində bir neçə obyekt yeri və mənzil də MTN rəhbərliyinə “hədiyyə” edilib.

Şərhlər

XƏBƏR LENTİ