XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » "Memorandum iki ölkə mediasının işbirliyində tamamilə yeni mərhələ olacaqdır"

"Memorandum iki ölkə mediasının işbirliyində tamamilə yeni mərhələ olacaqdır"

"Memorandum iki ölkə mediasının işbirliyində tamamilə yeni mərhələ olacaqdır"
19-02-2021, 15:48

Məlum olduğu kimi, Prezident İlham Əliyev dünən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə" qanunu təsdiqlədi.

Hesab edirəm ki, memorandum iki ölkə arasındakı əməkdaşlığın çox vacib istiqamətinə strateji yanaşmanı ortaya qoyan sənəddir. Onun ayrıca qanunla müəyyənləşdirilməsi isə media sahəsində indiyədək keçilməyən yoldur. Bu yolda mediamıza, eləcə də qardaş ölkənin mediasına uğurlar arzulayıram. Uğurlar isə labüddür, mütləqdir, günümüzün tələbidir.

Azərbaycan və Türkiyənin media qurumlarının əməkdaşlığı istiqamətində kifayət qədər ciddi baza var. Müstəqillik illərində formalaşmış bu baza perspektiv üçün böyük ümüdlər verir. Bu baxımdan qətiyyətlə demək olar ki, memoranduma əsasən yaradılacaq Azərbaycan-Türkiyə Birgə Media Platformasının fəaliyyət dairəsi geniş olacaqdır.
Təbii ki, Azərbaycan mediasının Türkiyə mediasından öyrənməli olduğu bir çox cəhətlər var. Ancaq memorandumun faydalarına diqqət yetirərkən təcrübə, informasiya mübadiləsindən, müxtəlif istiqamətlərdə ortaq işlərin reallaşdırılmasından, jurnalist təhsili və mübadilə proqramlarının təşkilindən daha çox beynəlxalq arenada rast gəlinən dezinformasiyalara qarşı birgə mübarizənin aparılmasını, dünya ictimaiyyətinin düzgün məlumatlandırılmasını vurğulamaq istərdim.
Bu, əməkdaşlığın bir növ daimi müştərək müdafiə müqaviməti və birgə hücum məramını göstərir. Doğrudur, belə bir məram indiyədək də olub və ondan irəli gələn bir çox vəzifələr həyata keçirilib. Ancaq dövlət sənədi məsələyə instutsional motiv gətirir, məramı dövlət siyasətinin də mühüm tərkib hissəsi olaraq vurğulayır.
Bütün bunlara görə əminəm ki, memorandum iki ölkə mediasın yaxınlığında və işbirliyində tamamilə yeni mərhələ olacaqdır. Uca Tanrı bu mərhələyə gələcək nəsillərə miras parlaqlıq versin.

Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!

Əflatun Amaşov

Azərbaycan Mətbuat Şurasının sədri

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.