SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Vahid Ələkbərovun Bakıdakı bankı necə talan edilib? - Köhnə komanda cəzasız qalıb, yeni sədr isə yüz milyonlarla zərərlə nə edəcəyini bilmir

Vahid Ələkbərovun Bakıdakı bankı necə talan edilib? - Köhnə komanda cəzasız qalıb, yeni sədr isə yüz milyonlarla zərərlə nə edəcəyini bilmir

Tarix:

19-02-2021, 14:34

/ 215 dəfə oxundu.
Vahid Ələkbərovun Bakıdakı bankı necə talan edilib? - Köhnə komanda cəzasız qalıb, yeni sədr isə yüz milyonlarla zərərlə nə edəcəyini bilmir

Azərbaycanlı milyarder, Rusiyanın ən varlı oliqarxlarından biri olan “Lukoil” Neft Şirkətinin prezidenti Vahid Ələkbərovun Azərbaycanın bank sektoruna yatırdığı yüz milyonlarla dollar sərmayə batırılıb.

Qeyd edək ki, ona məxsus olan “Yelo Bank” ASC-nin səhmdarları 96% ilə “Topaz İnvestments Limited” QSC şirkəti, 3,9% ilə Marina Kulişova və 0,1% payı ilə “İsr Holding”dir. “Topaz İnvestments” şirkəti Vahid Ələkbərovun nəzarətindədir. Marina Kulişova “Topaz İnvestments Limited” şirkətinin direktorudur.
Bank sektorunun ən zəif həlqələrindən biri olan “Yelo Bank” ASC-in adı son illərində maliyyə fırıldaqlarında, korrupsiyada, kredit talançılığında tez-tez çəkilir. Kommersiya qurumuna 4.5 il rəhbərlik etmiş Gürcüstan vətəndaşı Nikoloz Şurqaianın komandası bank vəsaitlərini müxtəlif yollarla talayaraq mənimsəyib.
Bu barədə mətbuatda dəfələrlə yazılsa da, Vahid Ələkbərov və bankın idarəçiliyinə məsul olan Marina Kulişova heç bir reaksiya verməyib. N.Şurqaia və onun müavini Fərhad Hacınskinin Gürcüstanda fəaliyyət göstərən “TBC Bank”-ın rəhbərləri ilə ciddi işbirliyi içərisində olub. Onun dövründə “Yelo Bank”-da “TBC Bank”-dan göndərilən 4 nəfər
Gürcüstan vətəndaşı çalışıb.
Nikoloz Şurqaianın Gürcüstanın bank sektorunda ciddi əlaqələri olub və o, bu əlaqələrdən daha çox şəxsi mənfəəti üçün istifadə edib. Bu zaman “Yelo Bank”-ın vəsaitlərini də istifadə etməkdən çəkinməyib.
Məlumata görə, “Yelo Bank”-ın hələ də mənfəətlə işləyə blməməsinin səbəbi elə bununla bağlıdır. Belə ki, N.Şurqaia və F.Hacınski bankın vəsaitlərini bankdan kənarda qeyri-bank fəaliyyətinə yönəldib milyonlarla dollar gəlir əldə ediblər. Konkret ifadə etsək, Vahid Ələkbərovun pullarını işbirliyində olan tikinti şirkətlərinə, habelə Gürcüstanın “TBC Bank”-nın Azərbaycanda təsis etdiyi Bank Olmayan Kredit Təşkilatı (BOKT) – “TBC Kredit”-ə yönləndiriblər.

Məlumatlarda qeyd olunurdu ki, “Yelo Bank”-dan külli miqdarda vəsaitin adıçəkilən BOKT-a yönləndirilməsi işinə bilavasitə Nikoloz Şurqaia, Spartak (Azərbaycanda Nukri kimi tanınır) Tetraşvili, sədr müavini Fuad Tağıyev və departament direktörü Fuad Mədətov rəhbərlik ediblər. Bankın çökdürülməsində mühüm rol oynamış Gürcüstan vətəndaşları Şurqaianın istefaya göndərilməsi ilə eyni zamanda ölkədən gediblər. BOKT-da isə Spartak Tetraşvilini vaxtı ilə onun əlaltısı olan Əjdər adlı şəxs əvəzləyib.
Xatırladaq ki, N. Şurqaia “Yelo Bank”-dan əvvəl “Rabitə Bank” ASC-nin İdarə Heyətinin sədri, sonra “Unibank”-ASC-da yüksək vəzifədə çalışıb. Hər iki kommersiya qurumundan yarıtmaz fəaliyyətinə görə qovulub. Son nəticədə dörd il yarıma “Yelo Bank”-ı çökdürdükdən sonra da buradan da uzaqlaşdırılıb. Amma o və komandası bank sektorundakı əməllərinə görə cəzasız qalıb.
Qeyd edək ki, N. Şurqaianın və ətrafındakı şəxslərin qanunsuz əməlləri barədə dəfələrlə Mərkəzi Bankda müraciət və şikayət edilsə də heç bir tədbir görülməyib. Belə müraciətlər bir neçə dəfə mətbuatda da işqılandırılıb, amma nəzarətçi qurumlardan heç bir reaksiya olmayıb.

“Yelo Bank”ın idarə olunmasında həmişə ciddi problemlər olub. Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv olunana qədər bankda bir neçə dəfə yoxlama aparıb və ciddi qanun pozuntuları üzə çıxarıb. Sonuncu yoxlama zamanı vəsaitlərin bankdan kənar fəaliyyətlərə yönləndirilməsi məlum olub.

Bütün bunların nəticəsində bankın əsas sahibi azərbaycanlı milyarder, “Lukoil” Neft Şirkətinin rəhbəri Vahid Ələkbərov “Yelo Bank”-a əlavə sərmayə yönəltsə də xeyri olmayıb. Ötən ilin 39 milyon 748 min manat zərəri daxil “Yelo Bank”-ın yığılmış zərəri 325 milyon 120 min manata çatıb və 378 milyon manat olan nizamnamə kapitalından zərər qədər silinib. Bankın nizamnamə kapitalı cəmi 52 milyon 880 min manat qalıb. Bank 2020-ci ilin sonunda 53 milyon 805 min manat məcmu kapitala malik olub.

“Yelo Bank”-ın faiz gəlirləri 2019-cu ildə 57 milyon 672 min manat ikən, 2020-ci ildə 53 milyon 538 min manata düşüb. Bankın qeyri-faiz gəlirləri isə 5 milyon 38 min manatdan 3 milyon 783 min manata geriləyib.
Bank sektorundakı mənbələr bildirilər ki, əslində göstərilən gəlirlər kağız üzərindədir. Çünki problemli kreditlər üzrə faizlər hesablanır, amma ümumi portfeldə 70 faizə çatan bu vəsaitlər geri alına bilinmir.
Ötən il “Yelo Bank”-ın cəmi gəlirləri 57 milyon 321 min manat, cəmi xərcləri isə 59 milyon 767 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən bankın 2 milyon 446 min manat əməliyyat zərəri yaranıb. “Yelo Bank”, problemli ola biləcək kreditlərinə görə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 37 milyon 303 min manat ayırdığından ötən ili 39 milyon 748 min manat xalis zərər ilə başa vurub.
2020-ci ilin sonunda “Yelo Bank” 390 milyon 923 min manat cəmi aktivlərə malik olub, aktivlərin 308 milyon 338 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2019-cu ilin sonunda Bankın cəmi aktivləri 484 milyon 727 min manat, müştərilərə verilmiş kreditlər 304 milyon 348 min manat təşkil etmişdi.
Ötən il “Yelo Bank”-ın qiymətli kağızlara investisiyaları 3,3 dəfə azalaraq 17 milyon 130 min manata düşüb.
2019-cu illə müqayisədə 2020-ci ildə Yelo Bankın xalis kreditlər portfeli 7 milyon 154 min manat azalaraq 249 milyon 679 min manata düşüb.
Ötən il “Yelo Bank”-da depozitər 79 milyon 87 min manat azlaraq 235 milyon 158 min manata düşüb. 2019-cu ilin sonunda “Yelo Bank”-da depozitlər 314 milyon 245 min manat təşkil etmişdi.
“Yelo Bank”ın kapital adekvatlığı da pisləşməkdədir. Əgər 2018-ci ilin sonunda I dərəcəli kapitalın adekvatlıq əmsalı 21,15% ikən, 2020-ci ilin sonunda 16.04% təşkil edib. Məcmu kapitalın adekvatlıq əmsalı isə 24,62%-dən 18.34%-ə geriləyib. Bu əmsallar bank kapitalının riskli aktivlərə olan nisbətini ifadə edirlər. Qanunvericilik ilə bu nisbətlərin müəyyən həddlərdən (I dərəcəli kapitalın adekvatlıq əmsalının 5%-dən və məcmu kapitalın adekvatlıq əmsalının 10%-dən) aşağı enməsinə icazə verilmir. Əmsalların aşağı düşməsi risklərin artdığına işarədir və əgər normalardan aşağı düşərsə bank müflisləşə bilər.
Bankın İdarə Heyəti sədrinin müavini və maliyyə direktoru Emil Duşdurovla bankın zərələ fəaliyyət göstərməsini iki səbəblə əlaqələndirib:
“Birincisi, pandemiya ilə əlaqədar gəlirlər azalsa da, bununla belə, əməliyyat xərclərində azalma olmamışdı. Bildiyiniz kimi, əməliyyat xərclərinin böyük hissəsi işçi heyətinə çəkilən xərclərin payına düşür. Biz əməkdaşlarımızın sayını azaltmadıq və bu xərcləri optimallaşdırmadıq, əksinə, onlara münasibətdə sosial məsuliyyətli mövqe tutduq.
İkinci səbəb isə ondan ibarətdir ki, yaradılmış zəruri ehtiyatlar vaxtı keçmiş borcların (karantin tədbirlərinin gücləndirilməsindən irəli gələn) qaytarılmasını üstələyib. Əlavə etmək istəyirəm ki, yaratdığımız ehtiyatların gələcəkdə geri qayıtması bankın maliyyə nəticələrinə müsbət təsir göstərəcək”.
Ekspertlər E. Duşdurovun nikbin açıqlamalarını bölüşmürlər. Onların qənaətinə görə, bankın aylıq xərcləri gəlirlərini 2 milyon manatdan çox üstələyir. Bu da onu proqnoz etməyə imkan verir ki, ilin sonunda “Yelo Bank” daha 30 milyon manata yaxın zərər edəcək.
Duşdurov daha sonra qeyd edib ki, kredit portfelini 40 faiz artırmağı nəzərdə tutmuşuq. Bu da təxminən 130 milyon manat əlavə vəsait deməkdir. Bağlanan kreditləri də nə nəzərə alsaq, bu, o deməkdir ki, həmin vəsaitlər qədər əlavə kredit verməli olacaqlar. Duşdurovun bu əsassız nikbinliyi həm Mərkəzi Bankı, həm hüquqi şəxs olan müştəriləri, həm də vətəndaşları aldatmaq cəhdidir. Eyni vaxtda portfeli artırmağa ehtiyac duyulur, bəs bu qədər vəsaiti haradan alacaqlar? Problemli kreditlərdən həmin vəsaiti qədərini geri qaytarmaq mümkün deyil.
2021-ci ilin yanvar ayından etibarən “Yelo Bank”-ın İdarə Heyətinin sədri vəzifəsini icra etməyə başlamış Anar Həsənov 325 milyon 120 min manat yığılmış zərəri olan Bankın “sükanı” arxasına keçib. Onun könə-yeni komandası Bankı mənfəətə çıxardığını elan edib. Bankdan mətbuata verilən məlumatda qeyd olunur ki, karantin şərtlərinin yumşalması ilə real sektora dəstəyini bir qədər də gücləndirən Bank, yanvar ayını 2.1 mln. manat mənfəətlə başa vurub. “Bankın ümumi kredit portfeli də artaraq 312 milyon manat təşkil edib. Bu artımda əsas pay biznes kreditlərinin üzərinə düşür. Belə ki, 2021-ci ilin ilk ayı ərzində bank keçən ilin dekabr ilə müqayisədə 4.6 milyon manat daha çox kredit verib. Bununla yanaşı, əvvəlki dövrlərlə müqayisədə bankın əməliyyat xərclərində də nəzərə çarpan azalma müşahidə olunub.Yanvar ayının göstəriciləri Yelo Bank-ı 2021-ci ilə qoyulmuş böyük hədəflərə daha da yaxınlaşdıran ilk uğurlarındandır”, deyə məlumatda vurğulanır”.
Burada maraqlı məqam ondan ibarətdir ki, yeni sədr Anar Həsənovdan başqa rəhbərlikdə təmsil olunan bütün kadrlar Bankı ağır borc bataqlığına salmış şəxslərdir. Yuxarıda açıqlaması qeyd olunan Emil Duşdurov iki il, sədrin müavinləri Yaşar Kərimov, Günay Cəlilova, Elşən Pirmalıyev isə artıq bir ildən çoxdur “Yelo Bank”-da çalışırlar. Onlardan möcüzə gözləmək sadəlövlükdən başqa bir şey deyil. Yeni sədr Anar Həsənov da onlarla nə edəcəyini bilmir.
Onların bəziləri pandemiyanın tüğyan etdiyi yay aylarında əyləncələri ilə medianın diqqətinə düşüblər. Belə ki, sədr müavini Günay Cəlilovanın kurasiyasında olan İnsan Resurslarının İdarəedilməsi Departamentində Nazirlər Kabinetinin qərarlarına, Operativ Qərəgahın və TƏBİB-in tövsiyyələrinə məhəl qoymadan təmtəraqlı tədbirlərin təşkil olunması adi hal alıb. Buna misal olaraq, G. Cəlilovanın Bakıdan kənara çıxışa qadağa olduğu vaxtda Lənəkarnda bankın ofsinin yeni ünvana köçürülməsi ilə bağlı Bankın 50 əməkdaşına saxta ezamiyyət vərəqələri verərək adıçəkilən rayona ezam etməsini göstərmək olar. Xatırladaq ki, hüquq mühafizə orqanlarının əməkdaşları bu tədbirə görə bankı Spartak Nukrini axşam ssatlarına qədər saxlayıb və külli miqdarda cərimələşmişdi.

Yeri gəlmişkən, adıçəkilən departamentin müdiri və işçiləri yeni kadrlarıdr. Bu cəzalara məhəl qoymayan Günay Cəlilovanın banka cəlb etdiyi bzines şəriklərinin qanunsuz əməlləri bitmək bilmir.

Günay Cəlilova bankın böyüzk zərərə düşməsində bilavasitə və dolayısı ilə “əməyi” olan şəxslərdəndir. Bank sektorundakı mənbə bildirir ki, onun həyat yoldaşı da bu sahədə çalışır. Onun fəaliyyəti ilə bağlı növbəti araşdırmada ətraflı məlumat verəcəyik.
Mənbə bildiri ki, G. Cəlilova marketinq üzrə mütəxəssis olsa da, bankda İnsan Resurslarının İdarəedilməsi Marketinq və Xidmətin Keyfiyyətinə Nəzarət departamentlərinə kuratorluq edir. Onun nə idarəetmədən, nə xidmətdən, nə də marektinqdən xəbəri yoxdur. Ancaq qısa, tərifli məqalələri hazırlatdırıb mediaya reklam əsasları ilə yerləşdirməklə işlərini birmiş hesab edir.
Yekunda qeyd edək ki, Marina Kulişova Nikoloz Şurqaianı bankın kollektivinə təqdim edərkən bildirmişdi ki, bu komanda uğur əldə edəcək. Amma arzusu puça çıxdı. Ümid edək ki, bu dəfə uğursuzluq təkrarlanmayacaq. Hərçənd ki, bankın idarə edən kollektivin keçmişinə baxdıqda bu ümid öləziyir…

Gununsesi.info

Şərhlər

XƏBƏR LENTİ