SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Vahid Ələkbərovun bankı BÖHRAN İÇİNDƏ - MÜFLİSLƏŞİR?

Vahid Ələkbərovun bankı BÖHRAN İÇİNDƏ - MÜFLİSLƏŞİR?

Tarix:

1-11-2022, 12:08

/ 422 dəfə oxundu.
Vahid Ələkbərovun bankı BÖHRAN İÇİNDƏ - MÜFLİSLƏŞİR?

 
“Yelo Bank” ASC-nin mənfəəti kəskin azalıb.

Bank 2022-ci ilin ilk doqquz ayını 3,244 mln manat xalis mənfəətlə başa vurub. Bu isə ötən ilin eyni dövrü (11,368 mln manat) ilə müqayisədə 3,5 dəfə azdır.

Ümumilikdə cari ilin üçüncü rübünün yekununda bankın xalis faiz gəlirləri 38,819 mln manat, xalis qeyri-faiz xərcləri isə 37,348 mln manat təşkil edib. Əməliyyat mənfəəti 1,470 mln manat olan bank mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaları 1,774 min manat azalıb.

Xatırladaq ki, “Yelo Bank” ASC-nin səhmdarları “Topaz Investments Limited” MMC (95,68%), Marina Kulişova (4,22%) və “ISR Holding” MMC-dir (0,1%). Banka birbaşa olaraq tək fiziki şəxs azərbaycanlı milyarder, Rusiyanın “Lukoil” Neft Şirkətinin sabiq prezidenti Vahid Ələkbərov nəzarət edir.

***

“Yelo Bank” ASC-nin Azərbaycan Mərkəzi Bankına borcu artıb.

2022-ci ilin sentybrın 30-na bankın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri 87,424 mln manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 15,5% çoxdur.

Qeyd edək ki, cari ilin üçüncü rübünün yekununda “Yelo Bank”ın cəmi aktivləri 795,605 mln manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60,5% çoxdur. Müştərilərə verilmiş kreditlərin həcmi illik müqayisədə 42,2% artaraq 580,437 mln manat, depozit portfeli 77,8% artaraq 550,379 mln manat təşkil edib. Bankın cəmi öhdəlikləri isə 69,3% artaraq cari ilin sentyabrın 30-na 721,969 mln manat təşkil edib, cəmi kapitalı isə illik müqayisədə 6,3% artaraq 73,636 mln manata yüksəlib.

Xatırladaq ki, “Yelo Bank” ASC-nin səhmdarları “Topaz Investments Limited” MMC (95,68%), Marina Kulişova (4,22%) və “ISR Holding” MMC-dir (0,1%). Banka birbaşa olaraq tək fiziki şəxs azərbaycanlı milyarder, Rusiyanın “Lukoil” Neft Şirkətinin sabiq prezidenti Vahid Ələkbərov nəzarət edir. //“Ölkə.Az”//

Şərhlər

XƏBƏR LENTİ