SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Arif Hacılı polis idarəsinə aparıldı

Arif Hacılı polis idarəsinə aparıldı

Tarix:

18-02-2021, 12:18

/ 714 dəfə oxundu.
Arif Hacılı polis idarəsinə aparıldı

Daxili İşlər Nazirliyi Müsavat partiyasının başqanı Arif Hacılının polis bölməsinə çağırılması barədə sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirib.

DİN Mətbuat xidmətindən bildirilib ki, vətəndaş Arif Hacılı və onunla birgə bir neçə şəxs karantin rejimi qaydalarını pozduğu üçün cərimə olunublar: “Arif Hacılı və ya digər şəxslər saxlanılmayıb, heç bir polis bölməsinə də dəvət olunmayıblar. Həmin şəxslərin karantin rejimi qaydasını pozaraq maskadan istifadə etmədikləri məlum olub.

Araşdırma nəticəsində 11 nəfər barəsində Yasamal Rayon Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub.

Həmin protokollar polis əməkdaşları tərəfindən evlərində vətəndaşlara təqdim edilib”.

*** 11:50

Müsavat Partiyasının Başqanı Arif Hacılı polis idarəsinə aparılıb.

Bu barədə o, özünün "Facebook" səhifəsində məlumat verib.

A.Hacılı hansı səbəbdən polis tərəfindən saxlanıldığını bildirməyib.

Şərhlər

XƏBƏR LENTİ