ABŞ-a köçən Əli Həsənovun oğlu 3 ildir Dubaydan daşınmaz əmlak alır? - FOTOFAKT
Azərbaycanı tərk edərək ABŞ-a köçən Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli Birləşmiş Ərəb Əmirliklərtinin Dubay şəhərində fəaliyyət göstərən tanınmış daşınmaz əmlak şirkətlərindən biri olan “Provident”lə 3 ildir əməkdaşlıq etdiyini yazıb.
Yeniavaz.com xəbər verir ki, Şamxal Həsənli bu barədə məşhur “Trustpilot” portalında yazıb.
Qeyd edək ki, “Trustpilot” portalı məşhur şirkətlərin tanıtım platformasıdır. Bu platformada qeydiyyatdan keçən şəxslər şirkətləri haqqında məlumat ala bilər və öz rəylərtini paylaşa bilərlər.
“Trustpilot” portalında qeydiyyatdan keçən Şamxal Həsənli qeydiyyat yeri olaraq ABŞ-ı göstərib və “Provident” şirkətilə bağlı rəy yazıb. Şamxal Həsənli qeyd edib ki, o artıq 3 ilə yaxındır “Provident” şirkətinin rəhbəri Hend Kərəm ilə yaxından tanışdır. Əli Həsənovun oğlu yazır ki, bəzi əməliyyatlarda onunla birgə çalışıb. Şamxal Həsənli daşınmaz əmlak sektoruna investisiya qoymaq istəyənlərə məsləhət görür ki, mütləq Hend Kərəm ilə əməkdaşlıq etsinlər.
“Provident” şirkəti isə öz növbəsində Şamxal Həsənliyə yazdığı rəyə görə təşəkkür edib və gələcəkdə də birlikdə çalışacaqlarına ümid etdiklərini qeyd ediblər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək