SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əməkdar jurnalist Ramiz Mehdiyevin yalanını üzə çıxardı - FOTO

Əməkdar jurnalist Ramiz Mehdiyevin yalanını üzə çıxardı - FOTO

Tarix:

9-02-2021, 15:17

/ 731 dəfə oxundu.
Əməkdar jurnalist Ramiz Mehdiyevin yalanını üzə çıxardı - FOTO

""Azərbaycan dövlətçiliyinə 49 il sədaqətlə xidmət etmişəm...” ifadəsi neçənci dəfədi qabağıma çıxır və şablona çevrildiyindən bir dəqiqləşdirmə aparmaq istəyirəm. Məqsədim yalnız şəxsiyyət və zaman kontekstində tarixi ədaləti bərpa eləməkdir".

Yenisabah.az xəbər verir ki, bu barədə Əməkdar jurnalist Natiq Məmmədli sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Azərbaycan bu ilin oktyabrında 30 il olacaq ki, müstəqil dövlətdir və onun mövcudluğundan iki on illik çox xidmətdə olmağı yalnız 100 yaşılı Lütfi Zadənin qeyri-səlis məntiqi ilə izah eləmək mümkündür:

"Yaşanmış akademik illərin sayından 49-u çıxanda 34 qalır, şəxsiyyətin rəsmi bioqrafiyasında əmək fəaliyyətinə 1957-ci ildən 19 yaşından başladığı göstərilir. Bəs aradakı 15 il hara xidmətdə keçib? Bu həmin mistik 49 rəqəmidir ki, ilk dəfə 2019-cu ilin axırında elmi dövriyyəyə buraxılıb, bəs son bir il yarım zaman kəsiyi niyə hesaba alınmır? Məgər bu, dövlətçiliyə xidmət deyil? Mən bunları ürəyimin səsiylə yazıram. Yazıram ki, “ictimai sifarişin ifadəçisi qismində çıxış edə” bilməyən “səviyyəsiz” jurnalistlər 49-un ucundan tutub ucuzluğa getməsinlər. Deməli, “sədaqətli xidmət”in tarixi 49 yox hardasa 64 eləyir. Hələ də davam etməkdə olan 64 qocaman il! Tarix budu! Xahiş edirəm, təvazökarlıq eləməyin və mənim bu kiçik töhfəmi gələcək tədqiqatlarınızda nəzərə alın".

Xatırladaq ki, ötən gecə AMEA-nın mətbuat xidməti Ramiz Mehdiyevi müdafiə edən bəyanatla çıxış edib. Bəyanatda son günlər bəzi ölkə KİV-lərində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevlə bağlı əsası olmayan, böhtan xarakterli məlumatlar yayıldığı bildirilib. Bəyanatda qeyd olunub ki, Ramiz Mehdiyev Azərbaycan dövlətçiliyinə 49 il sədaqətlə xidmət etmiş, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin etibarlı silahdaşı olmuş tanınmış dövlət və elm xadimidir: https://yenisabah.az/ramiz-mehdiyev-gece-beyanat-yaydi.
Əməkdar jurnalist Ramiz Mehdiyevin yalanını üzə çıxardı - FOTO

Şərhlər

XƏBƏR LENTİ