XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Bəzi iri məmurlar yola salınır – Nomenklaturada kimlər var?

Bəzi iri məmurlar yola salınır – Nomenklaturada kimlər var?

Bəzi iri məmurlar yola salınır – Nomenklaturada kimlər var?
3-02-2021, 19:22

Fevralın 1-də Prezident İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak edib. Ölkə başçısı Mərkəzi Bankın sədri Elman Rüstəmovun təmsil etdiyi qurumun Şuşada nümayəndəliyinin açılmasına dair fikirlərinə münasibət bildirib.
Dövlət başçısı E.Rüstəmovun yanaşmasını tənqid edib:

“Mənim münasibətim buna mənfidir. Özü də mən deyim nəyə görə. Birincisi, bu, özbaşınalıqdır. Belə açıqlama veriləndə mütləq rəhbərliklə gərək məsləhətləşmə aparılsın.

Azad edilmiş torpaqların bərpası ilə bağlı mənim tərəfimdən bir çox önəmli qərarlar qəbul edilib, qərargah yaradılıb. Qərargaha Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir.

Mən demişdim ki, bütün təkliflər, bütün təşəbbüslər oraya göndərilməlidir. Çünki biz kim necə istəyir o torpaqları, əraziləri bərpa edə bilmərik. Biri filial açmaq istəyir, biri nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və qəbuledilməzdir.

Ona görə burada subardinasiya olmalıdır. Ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özü üçün hansısa bir ofis, yeni ofis yaratmaq üçün belə açıqlamaların verilməsi tamamilə qəbuledilməzdir və buna son qoyulmalıdır.

İndi Mərkəzi Bank insanlara xidmət göstərib ki, orada filial açsın? Kimin üçün filial açacaq? Özü üçün ki, gedib orada otursun, yaxud da ki, gedəndə bunun bir iqamətgahı olsun, şəraiti olsun, oraya pullar xərclənsin və insanların buna hansı xeyri dəyəcək? Heç bir”.

Bu barədə “Sherg.az”a danışan Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə səslənən fikirlərin mühüm əhəmiyyət kəsb etdiyini düşünür:

“Ölkədə islahatlar davam edir. Belə bir vaxtda məmurlar yeni reallıqlarla hesablaşmalıdırlar. Onları düşündürən yeganə amil xalqa xidmət olmalıdır. Ancaq öz işlərini görməli və bundan başqa heç nə ilə maraqlanmamalıdırlar. Biz ölkədə qeyri-neft və özəl sektoru inkişaf etdirməliyik. Bunun üçün isə bəzi məmurların təfəkkürü dəyişməlidir. Prezident məlum tənqidi ilə onları yerinə oturtdu.

Bu, islahatların davamlı olacağına dair mesajdır. Yalnız yeni idarətmə sisteminə uyğun məmurlar öz fəaliyyətlərini davam etdirəcəklər”.

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.