“Cemo”nun həbsində Vaqif Bakinskinin əli olub
Bu gün Moskvanın “Şeremetyevo” hava limanında 2015-ci ildə Rusiya polisi tərəfindən həbs edilmiş “qanuni oğru”, 41 yaşlı Cemal Mikeladze (“Cemo”) İtaliya polisinə təhvil verilib.
Cemo İtaliyada transmilli cinayətkar assosiasiyanın yaradılmasına görə axtarılırdı. Həmin assosiasiya müxtəlif ölkələrdə, o cümlədən İtaliyada bir sıra cinayət əməlləri – mənzil oğurluqları, təhdidlə pul alınması, rüşvət, qeyri-qanuni yollarla əldə olunmuş pulların “yuyulması”, sənədlərin saxtalaşdırılması və s. törətməkdə ittiham olunur.
2016-cı ilin mart ayına kimi Cemo Rusiyanın Kemerovo şəhərində həbs cəzası çəkib, sonradan Moskvaya etap olunub.
Kriminal dünyaya yaxın mənbələrin məlumatına görə, Cemonun polisin əlinə düşməsində onun düşməni, “qanuni oğru” Diplomat Vaqifin (Vaqif Bakinski kimi də tanınır) də “əməyi” olub.
51 yaşlı, Gürcüstanda anadan olub sonradan Bakıda yaşamış Vaqif Süleymanovun Cemal Mikeladze ilə ilk münaqişəsi 2010-cu ilə təsadüf edir. Eyni ildə Diplomat Vaqifin adamları ilə mərhum Rövşən Lənkəranskinin adamları arasında da münaqişə baş verib.
Qeyd edək ki, Diplomat Vaqif digər “qanuni oğru” Rafiq Eyvazovla (Masallı Rafiq) yaxınlığı ilə seçilir.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub