Şəfayət İmranovla bağlı ŞOK GƏLİŞMƏ... - Cəzalandırılacağı deyilir...
Kamran Əliyevin ölkənin baş prokuroru təyin olunmasından sonra prokurorluq orqanlarının fəaliyyətində ciddi dönüş yaranıb.
Bu strukturda aparılan islahatlar 2021-ci ildə də davam edəcək.
Gununsesi.info–nun xəbərinə görə, Hərbi Prokurorun müavini Şəfayət İmranovun faəliyyəti barədə ciddi qanunsuzluqlar üzə çıxıb.
Müdafiə Nazirinin sabiq birinci müavini Nəciməddin Sadıqovun yaxını kimi tanınan Şəfayət İmranov hakimiyyətin reputasiyası üçün ciddi zərbə sayılacaq “Tərtər İşi”nin müəlliflərindəndir.
İstintaq dövründə işgəncələrdən vəfat edən bir sıra hərbçilərimizin ölümündən sonra bəraət alması Hərbi Prokurorluğun qanunçuluqdan daha çox sifarişlə işlədiyini nümayiş etdirdi.
Məlumata görə, Kamran Əliyevin Baş Prokuror təyinatından sonra bu işlə bağlı şikayətlərə obyektiv baxılmasına başlanılıb.
Proses zamanı isə Şəfayət İmranovun ağlasığmaz qanunsuzluqları üzə çıxıb.
Bundan başqa onunla bağlı araşdırmalarda həm də ölkənin ən varlı adamlarından birinə çevrilməsi də müəyyən edilib.
Göyçayda və Bakıda restoranlar, mağazalar sahibi olan hərbi prokurorun müavini Belarusda da 5 ulduzlu otel və restoranlara sahibdir.
Mənbəmizin məlumatına görə, yaxın zamanlarda Kamran Əliyev Hərbi prokurorun biznesmen müavinini yola salacaq.
Gununsesi.info

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək