SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » MŞ sədri Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının iclasında iştirak edib

MŞ sədri Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının iclasında iştirak edib

Tarix:

20-01-2021, 18:36

/ 852 dəfə oxundu.
MŞ sədri Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının iclasında iştirak edib

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının 2021-ci ildə ilk iclası keçirildi. Onlayn rejimdə düzənlənmiş tədbirdə üzv ölkələr 2020-ci ildə gördükləri işlərə dair məlumat verdilər, 2021-ci il üçün fəaliyyət planının müzakirəsi aparıldı.
"Sherg.az" xəbər verir ki, iclasda çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının sədrinin birinci müavini Əflatun Amaşov rəhbərlik etdiyi qurumun iş istiqamətlərindən söz açdı.

O bildirdi ki, AMŞ ötən il ənənəvi iş planına uyğun fəaliyyət göstərib, quruma ünvanlanmış şikayətləri araşdırıb.

Şuraya 400-ə yaxın müraciətin daxil olduğunu bildirən Ə.Amaşov onların hər biri üzrə nəzərdə tutulan prosedur mexanizmin tətbiq edildiyini vurğulayıb.

Cavabdeh kütləvi informasiya vasitələrinin yol verdikləri nöqsanlar onların diqqətinə çatdırılıb. Zəruri hallarda təkzib mətnin yayılmasına və qarşı tərəfin mövqeyinin nəzərə alınmasına nail olunub.

Azərbaycan Mətbuat Şurası 2020-ci ilin fevralın 11-də keçirilmiş parlament seçkilərinin işıqlandırılması vəziyyətinin monitorinqini aparıb. Şura çalışıb ki, həm seçki kampaniyası zamanı, həm də seçki günü prosesi işıqlandıran jurnalistlər çətinliklərlə üzləşməsinlər. Ə.Amaşov mövcud xüsusda diqqəti seçki günü Şurada yaradılmış “qaynar xətt” üzərində cəmləşdirib, məlumat verib ki, rəhbərlik etdiyi qurum bütün seçki proseslərində bu fəaliyyəti həyata keçirir. Məqsəd jurnalistlərin seçkinin gedişini sərbəst işıqlandırmalarına dəstək göstərmək, yaranmış çətinlikləri və anlaşılmazlıqları dərhal aradan qaldırmaqdır.

AMŞ bununla yanaşı koronavirus pandemiyasının mediada işıqlandırılması xüsusisyyətləri ilə bağlı tövsiyələr hazırlayıb. Ümumən pandemiya ilə əlaqədar Azərbaycanda elan edilmiş xüsusi karantin rejimində medianın fəaliyyətini diqqətdə saxlayıb, müvafiq dövlət qurumları ilə təmaslar yaradıb. Mövcud istiqamətdə qarşıya çıxan çətinliklər həllini tapıb.

Ə.Amaşov Azərbaycan Mətbuat Şurasının 44 günlük Vətən müharibəsində medianın fəaliyyətini də diqqətdə saxladığını vurğulayıb. O, eyni zamanda müharibə müddətində Şuranın dünyanın müxtəlif beynəlxalq media qurumlarına müraciətlər ünvanladığını və həmin sənədlərdə müharibənin gedişinin işıqlandırılması zamanı, eləcə də müharibə kontekstində media müstəvisində meydana çıxan xoşagəlməz halların qeyd edildiyini deyib.

Dünyada söz və ifadə azadlığı ilə bağlı tendensiyaların müzakirəyə çıxarıldığı iclasda pandemiya dövründə medianın peşəkarlıq xüsusiyyətləri barədə də ətraflı fikir mübadiləsi aparılıb, qarşıda duran məsələlərdən söz açılıb.

Bu xüsusda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının 2021-ci ildə keçiriləcək illik tolantısı üzərində dayanılıb. Qərara alınıb ki, tədbir Keniyada təşkil olunsun. Bununla bağlı məsləhətləşmələrin aparılması, əsasən də pandemiya şəraitinin yol verdiyi imkanlara diqqət yetirilməsi məqbul sayılıb.

Şərhlər

XƏBƏR LENTİ