SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Həmyerlisindən Cavid Qurbanova ağır sözlər... - "UTANIRIQ..."

Həmyerlisindən Cavid Qurbanova ağır sözlər... - "UTANIRIQ..."

Tarix:

18-12-2020, 12:49

/ 767 dəfə oxundu.
Həmyerlisindən Cavid Qurbanova ağır sözlər... - "UTANIRIQ..."

Keçən günlərdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanov və ailə üzvləri Cavid Qurbanov və Leyla Qasımova, o cümlədən digər ailə üzvlərinin “YAŞAT” fonduna 40 min manat ianə etməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmadı və sosial şəbəkələrdə müzakirə predmetinə də çevrildi. Elə bu barədə dia.az olaraq da məqalə təqdim etmişdik: http://www.dia.az/1/275193-40-min-manat-senin-elinde-nedir-ki.html

Qeyd edək ki, olaya reaksiya verənlər dumadan artır və dia.az-a yazan, adının çəkilməsini istəməyən Kəlbəcər sakinlərindən biri qeyd edir:

"Cavid Qurbanovu mətbuatda müdafiə edənlərin hər birini tanıyıram. Səbəbi ürəkağrıdan olsa da, daha çox yerlibazlıqla əlaqədardır. Amma inanın ki, Cavid Qurbanov bütün həmyerlilərinə eyni cür yanaşmır və bu vaxta qədər yüzlərlər Kəlbəcər sakini Cavid Qurbanovdan hansısa formada dəstyək umduqda rədd cavabı alıb. Amma təəssüflər olsun ki, mətbuatda onun adı YERLİBAZ kimi çıxıb. Əgər o, həmyerlilərinə belə
diqqət ayıran olsaydı, 28 ildir qaçqın olan kəlbəcərlilərin əksəriyyəti zülm çəkməzdi.

Biz Qənbər müəllimi də yaxşı tanıyırıq. Onların imkanları böyükdür. Onların imkanları yetirdi ki, bu gün ən azından Kəlbəcərin 2-3 kəndinin sakinlərinə himayədarlıq etsinlər. Hardan alıblar bu sərvəti? Yaxşı bilirik ki, dədə-babalarınan onlara xəzinə qalmayıb. Hamısı onlara yuaraıdlan şəraitlə bağlıdır.

Bu gün istədiklərini edirlər. Amma yazıqlar olsun ki, onların istədikləri arasında VƏTƏN SEVGİSİ yoxdur...

40 manat xəbərini eşidəndə bir kəlbəcərli olaraq uttandım. Utandım Caviq Qurbanovun yerinə... Özü də ailəlikcə bu məbləği yatırmışdılar. Amma Rusiyada yaşayan bir oğlumuz var idi ki, Cavid Qurbanovdan qat-qat, min qat aşağı imkanları içində ordumuza 90 min manatlıq yardım etdi bir günün içində. O da kəlbəcərli idi, Cavid Qurbanov da...

İndi onu demək istəyirəm ki, biz kəlbəcərlilər Caviq Qurbanovla heç də qürur duymuruq, əksinə... utanırıq..."

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ