XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » "Şəhid valideynlərinə təşəkkür edirəm ki, belə igidlər yetişdiriblər” - İlham Əliyev

"Şəhid valideynlərinə təşəkkür edirəm ki, belə igidlər yetişdiriblər” - İlham Əliyev

"Şəhid valideynlərinə təşəkkür edirəm ki, belə igidlər yetişdiriblər” - İlham Əliyev
20-11-2020, 15:34

"Şəhidlərimizin valideynlərinə, yaxınlarına bir daha müraciət edərək onlara öz təşəkkürümü bildirirəm”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib ki, ağdamlılar Birinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşublar, çoxlu şəhidlər veriblər: “İkinci Qarabağ müharibəsində - Vətən müharibəsində də cəsarətlə vuruşmuşlar, şəhidlər vermişlər.

Mən fürsətdən istifadə edərək bu Qələbəni bizə bəxş edən bütün şəhidlərimizi yad etmək istəyirəm, Allah onlara rəhmət eləsin, Allah onların yaxınlarına səbir versin. Şəhidlərimizin valideynlərinə, yaxınlarına bir daha müraciət edərək onlara öz təşəkkürümü bildirirəm ki, belə gözəl, igid övladlar yetişdiriblər dövlətimiz üçün, xalqımız üçün. Yaralı əsgərlərimizə, zabitlərimizə tezliklə normal həyata qayıtmağı arzu edirəm. Allah onlara şəfa versin. Onların reabilitasiyası ilə bağlı artıq tədbirlər planı hazırlanır, müvafiq göstərişlər verilib. Onlar daim diqqət mərkəzində olacaqlar.

Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır və bunu beynəlxalq ekspertlər də qeyd edirlər. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.