“Qorbaçov qaçaraq istintaqdan yayındı” - Rüstəm Usubov
Azərbaycan baş prokurorunun birinci müavini Rüstəm Usubov 20 yanvar hadisələri ilə bağlı açılan cinayət işinin gedişatı barədə danışıb.
R.Usubov deyib ki, SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov Konstitusiyanı kobud şəkildə pozaraq hərbçilərin Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman verib: “Hərbçilər yanvarın 19-u saat 00:00-dan başlayaraq şəhərə daxil oldular və dinc əhalini qırdılar.
Hadisə nəticəsində Bakı əhalisindən 132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb, 814 nəfər qanunsuz həbs olunub. Azərbaycan Televiziyasının enerji blokunun partladılması Azərbaycanın DTK-nin o vaxtki rəhbəri Vaqif Hüseynov və Moskvadan gələn nümayəndələrin təşkilatçılığı ilə baş tutub.
O vaxt işi Rusiya prokurorluğu aparırdı. Azərbaycan prokurorluğu cinayət işini 1992-ci il fevralın 14-də başladıb, bu da o vaxtki rəhbərliyin səhvidir. İki ildən sonra istintaq aparılması çox çətin idi. Çünki müəyyən sübutlar aradan qaldırılmışdı, yenidən dindirilmə aparmaq çox çətin idi. İstintaq hərəkətləri həm burda, həm Moskvada aparıldı. SSRİ Mərkəzi Komitəsinin yanvarın 19-da Bakıya ezam olunan rəhbər işçiləri dindirilib. Ancaq Qorbaçovu və Bakatini dindirmək mümkün olmadı. O, qaçıb gizləndi. Girenko, Babkov, Mixaylov, Yazov dindirildilər. Qorbaçov istintaqdan yayındı. 1992-ci ildə 68 cild əsas işi bizə verilmədi. İndiyə qədər Azərbaycan prokurorluğu 68 cild işi tələb edir, amma onlar bizə çatdırılmayıb. İstintaq gedir, 68 cild iş istintaqa gələndən sonra ona tam qiymət verilib məhkəməyə təqdim olunacaq”.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub