XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Ramiz Mehdiyevin bu vətənə aidiyyatı YOXDUR? - Nə üçün susur?

Ramiz Mehdiyevin bu vətənə aidiyyatı YOXDUR? - Nə üçün susur?

Ramiz Mehdiyevin bu vətənə aidiyyatı YOXDUR? - Nə üçün susur?
12-10-2020, 13:53

"Bu gün bilərəkdən AMEA-nın qalmaqallı saytına baxdım. Toy macəralarından sonra az qala ölkənin bir nömrəli xəbər portalı, Ramiz Mehdiyevin şəxsi bloqu kimi fəaliyyət göstərən sayt ölü vəziyyətindədir, sanki yas saxlayır. İllərlə R.Mehdiyevin bu xalqa düşmənçilik etdiyini yazıram. Bu günkü hadisələr fonunda Ramiz Mehdiyevin qeybə çəkilməsi dediklərimi bir daha təsdiqləyir”.

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov qeyd edib ki, R.Mehdiyevin Rusiyanın ali rəhbərliyi ilə çox sıcaq münasibəti, bu ölkənin dərin dövləti olan N.Patruşevlə dost olması heç kim üçün sirr deyil: “Bu gün Rusiyanın açıq-aşkar Ermənistanı silahlandırması isə artıq bütün dünyaya bəllidir. Nə üçün Ramiz Mehdiyev susur?! Yox, əgər R.Mehdiyev başqa kanallarla sakit, səssiz ölkəmizə kömək edirsə, eləcə də sakit, səssiz bu barədə mənə bildirsinlər. Əgər doğrudan da nə isə edirsə onun haqqında səhv etdiyimi bildirib, Ramiz Mehdiyevdən üzr istəyəcəyimə söz verirəm. Yox, bu olmayacaqsa, ölkəmizin ən çətin durumunda da susmaqda davam edəcəksə, bu günə qədər etdiklərinin cavabı hökmən sorulacaq”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.