Əsgərlərə 180 manat köçürən Hikmət baba...
Ötən gün sosial şəbəkələrdə Şəkinin Baş Küngüt kəndindən olan Hikmət Musayev adlı babanın ordumuz üçün öz təqaüdündən 180 manat köçürməsilə bağlı məlumat sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Şəkiyə gedərək Hikmət babanı tapıblar.
O bildirib ki, pulu balalarımız düşmən əsarətinə düşməsin deyə, Ordumuza dəstək məqsədilə ödəniş edib: “İndi birinci sinfə gedən balalarımız üçün bu pulu köçürmüşəm. Qoy onlar ermənilərə qul olmasınlar”.
Hikmət baba özü də bu dəqiqə cəbhəyə getməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Hikmət babanın özünün də sosial vəziyyətinin o qədər də yaxşı vəziyyətdə olmaması, köhnə ayaqqabı geyinməsinə baxmayaraq təqaüdündən 180 manat əsgərlərə köçürməsi böyük rəğbətlə qarşılanmışdı.
Nazirlik əməkdaşları isə babanın bütün ehtiyaclarını ödəyəcəklərini bildiriblər.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək