SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » «AzTV sədri «Həftə» proqramına görə özünə 5 min manat qonorar yazır»-QALMAQAL

«AzTV sədri «Həftə» proqramına görə özünə 5 min manat qonorar yazır»-QALMAQAL

Tarix:

24-09-2020, 09:12

/ 1 227 dəfə oxundu.
«AzTV sədri «Həftə» proqramına görə özünə 5 min manat qonorar yazır»-QALMAQAL

«Milli-mənəvi dəyərlərin beşiyi olan AzTV-nin həyətində artıq siqaret çəkən xanımlar, sırğalı, hörüklü kişilər dolaşır…»
Azərbaycanın Dövlət Televiziyasında baş verənləri ürək ağrısı ilə izləməkdəyik. İslahatlara və zamanla ayaqlaşmağa könül vermiş rəhbərliyin pərdəarxası hərəkətləri isə istər-istəməz ictimailəşir, narahatlıq doğurur. Bunlar isə təbii ki, qalmaqallara, narazılığa yol açır.
Jurnalist Fadil Paşayevin fb səhifəsində yayımladığı aşağıdakı statusu isə bu narahatlığın əsassız olmadığını təsdiqləyir. «Fadil Paşayev: dünənki facebook statusumdan sonra email adresimə ünvanlanan məktub. Nöqtəsinə, vergülünə toxunmadan təqdim edirəm: "Salam Fadil bəy. Görürəm ki, Aztv sədri Rövşən Məmmədovun əlindən yanıqlısınız. Mən də sizin kimi düşünürəm, amma hələ ki Aztv-də işlədiyimə görə səsimi çıxarda bilmirəm. Hiss edirəm ki, qara buludlar mənim də başımın üstünü digər köhnə işçilər kimi alıb. Çünki bunun məqsədi Aztv-nin kollektivini darmadağın edib buraya özü kimi savadsızları yığmaqdır. Hər zaman milli-mənəvi dəyərlərin beşiyi olan televiziyanın həyətində artıq siqaret çəkən xanımlar, sırğalı, hörüklü kişilər dolaşır. İnsanda qıcıq yaradan və yalnız sədrin oğlanlarının kirvəsi olduğuna görə AzTV-də təchizata, bütün tikinti və yeyintiyə nəzarət edən Vüqar kimilər gəzir. Gör nə gündədirlər ki, xadimələrin briqadirini də işdən çıxarıb yerinə öz adamlarını qoyurlar. Maliyyədə bir il ərzində 3 rəhbər dəyişib. Hamısına da "atanşik" adı qoyub çıxarıblar. Halbuki özü «Həftə» verilişinin bir buraxılışı üçün özünə 5 min manat qonorar yazır. Amma adi köhnə işçilərin pulları kəsilir. Məzuniyyətə çıxanların aldıqları pul sonrakı aylarda onların burnundan gətirilir. Hələ mədəniyyət və idmanı demirəm. İlk günlərində Emin Şahzadə kimi sadə oğlana kanalı tapşırandan sonra sözünün arxasında durmadı. İdmanda Siyavuş, ədəbi dramda Azər, texniklərdən İsmət, operatorlardan Vüqar eyni aqibəti yaşadı. Sədr olandan sonra onları arxa plana atdı. Bir sözlə, dərdimiz böyükdür. Bu gedişlə AzTV-də savadlı kadr qalmayacaq, çünki elə şərait yaradırlar ki, onlar çıxıb getsin".
Qeyd olunan faktlara yəqinki AzTV rəhbərliyinin mövqeyi olacaq. Əks halda, susmaq razılıq əlaməti kimi qəbul edilə bilər.

Şərhlər

XƏBƏR LENTİ