SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Etibarsız “etibarlı mənbə”nin Şamil Heydərovla bağlı yalanları…

Etibarsız “etibarlı mənbə”nin Şamil Heydərovla bağlı yalanları…

Tarix:

9-09-2020, 11:05

/ 5 845 dəfə oxundu.
Etibarsız “etibarlı mənbə”nin Şamil Heydərovla bağlı yalanları…

Yaxud, iş adamına daş atanlar unutmasın; həmin daşlar geri qayıdacaq….

Belə olmur, olmayacaq! Azərbaycanda demokratiya və söz azadlığına yaradılmış geniş imkanlar kimlər üçünsə qazanc imkanı, başqalarını ləkələmək fürsəti yaradıb. İndi adını unutduğum məşhur dünya siyasətçilərindən biri bununla bağlı çox gözəl fikir işlədib: “Biz demokratiya və söz azadlığını təmin etdik, amma indi adamları həmin demokratiya və söz azadlığından irəli gələn sui-istifadədən müdafiə etmək zərurəti yaranıb”. Doğrudan belədir. Son günlər bəzi internet portallarında ölkənin tanınmış, nüfuzlu iş adamı Şamil Heydərovun gördüyü əvəzolunmaz işlərlə bağlı heç bir həqiqətə, fakta və sağlam düşüncəyə sığmayan “qara piar” kampaniyasına start verilib.
“Etibarlı mənbə”nin diliylə heç bir etibarı olmayan yalanların tirajlandığı həmin yazılar adamda ikrah doğurmaqla yanaşı, ölkəmizdə kimlərinsə söz azadlığının sərhədlərini aşaraq öz yalanlarının coğrafiyasını genişləndirmək istəyində olduğunu göstərməkdədir. Həmin “etibarlı mənbə” daha hansı qələtləri (qələt farsca səhv deməkdir –red) qarışdırmadı? Gah iddia etdi ki, Şamil Heydərov ölkədən qaçmağa hazırlaşır.
Gah yazdı ki, guya iş adamı, AMEA-nın prezidenti Ramiz Mehdiyevin şərikidir.
Etibarı bir qəpiyə dəyməyən həmin “etibarlı mənbə” görəsən nə vaxtsa Şamil Heydərovun həyat və yaradıcılığı həmçinin nümunəvi fəaliyyəti ilə yaxından tanış olubmu? Olubsa hansı məqsəd onun gözlərini bağlayıb ki, iş adamının xeyriyyəçiliyini, ölkə iqtisadiyyatının genişlənməsində töhvələrinin olduğunu, Qarabağ və Şəhid Ailələrinə göstərdiyi diqqət və qayğını, respublikamızda yaratdığı quruculuq-abadlıq işlərini görməyib?
Axı, bizim xeyirxah, vətənpərvər iş adamlarımız var və həmin şəxslərə qarayaxmaq lazım deyil. Çünki Şamil Heydərov kimi vətənpərvər, dövlətə və dövlətçiliyə sadiq iş adamları ölkə rəhbərinə dərin rəğbət bəsləyirlər həmçinin respublikanın prezidentinin ətrafında sıx birləşiblər.
Bu iş adamının daşı axı, niyə belə ağır olub ki, həmin “etibarlı mənbə” ümumiyyətlə olmayan nələrisə həqiqət donuna salaraq ictimailəşdirmək istəyir?
Demək, maraq var… Həmin maraqlı qüvvələrin kimliyinə gəlincə isə onların çox kiçik düşüncəli şəxslər olduğu hər kəsə bəllidir. Etibarsız “etibarlı mənbə”nin meydan suladığı bəlli saytların və onların başabəla rəhbərlərinin hansı marağa xidmət etdiyi də gün kimi aydındır. İnanın ki, onların iş adamı ilə bağlı umduqları maddi umacaqlarının bir qismi ödənsəydi, indi həmin saytlarda tamamilə başqa yazıları və yazı başlıqlarını oxuyacaqdıq.
Amma hansısa umacaqlar ödənmədiyindən “etibarlı mənbə” dəliyə dönüb və onlarla xəbər portalında peyda olaraq bar-bar bağırır ki, bəs qoymayın, iş adamının vəziyyəti çox gərgindir…. Daha bu yalanlar o qədər çox istifadə olunmuş “priyomlarla” müşaiyyət olunur və o qədər primitivdir ki, onlara kimlərinsə inanmağı bir yana, heç həmin yalanları dinləmək istəyənlər belə yoxdur.
Ey, etibarsız “etibarlı mənbə”! Bu gün bütün respublika miqyasında müşahidə edilən şəffaf karqo tendensiyasına "Çin Karqo" şirkəti bariz nümunədir.
Ölkə prezidenti cənab İlham Əliyevin iş adamlarına diqqət və qayğısı yüksək səviyyədə öz müsbət nəticələrini verməkdədir.
İş adamına daş atanlar isə unutmasın: həmin daşlar geri qayıdacaq.

Şərhlər

XƏBƏR LENTİ