XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Bu nazir Ramiz Mehdiyevə büdcə pullarını yedirdib... - ŞOK GƏLİŞMƏ

Bu nazir Ramiz Mehdiyevə büdcə pullarını yedirdib... - ŞOK GƏLİŞMƏ

Bu nazir Ramiz Mehdiyevə büdcə pullarını yedirdib... - ŞOK GƏLİŞMƏ
9-09-2020, 17:10

Redaksiyamıza ilginc bir məlumat daxil olub. Belə ki, hökumətdəki mötəbər mənbədən DİA.AZ-a verilən xəbərə görə, yaxın günlərdə hazırda Maliyyə Naziri postunu tutan Samir Şərifov vəzifəsindən alınacaq və buna səbəb olduqca ilginc bir məqamdır.
Mənbənin dia.az-a söylədikləri: "Samir Şərifov skandal bir olayla gedir. Onun böyük yeyintisi ifşa olunub. Bu barədə hakimiyyət dəhlizlərində dedi-qodular gəzir. Samir Şərifov da həbs olunacağından ehtiyat edir. Söhbət milyonlarla manat büdcə vəsaitinin şübhəli şəkildə yoxa çıxmasından gedir".

Mənbə konkret olaraq nələrin baş verdiyini açıqlamasa da, dia.az-ın digər qaynaqlardan əldə etdiyi bilgilərdən belə məlum olur ki, Samir Şərifov zamanında Ramiz Mehdiyevin göstərişi ilə böyük miqdarda büdcə vasitinin mənimsənilməsinə şərait yaradıb. İndi bu iş üzrə araşdırma gedir.

Əlavə bilgilərimiz olacaq. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.