Samir Şərifov keçmiş bankirin təqdim etdiyi faktların hədəfində
Maliyyə Naziri Samir Şərifovun başı neçə vaxtdır ki, qaldadır. Bu barədə daxil olan son informasiyalardan aydın olur ki, nazirin durumu daha da gərginləşə bilər.
Məlumatlı mənbənin redaksiyamıza bildirdiklərindən belə aydın olur ki, Samir Şərifov barəsində məhkəməsində və hətta ibtidai istintaqa verdiyi ifadəsində şok faktları bar-bar bağıran Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin söylədiklərinə nəhayət hüquqi qiymət verilə bilər.
Məlumatlı mənbənin söylədikləri:
"ABB-nin sabiq rəhbəri Samir Şərifovla bağlı çox ciddi faktları açıqlayıb. Bu hələ əvvəlindən "yuxarıların" diqqətini cəlb ediv. Sadəcə olaraq həmin faktlar üzərə məhz Cahangir Hacıyevin istiqamətləndirməsi üzrə hərəkət edilməsi uyğun bilinməmişdi. İndi isə fərqli durum yaranıb. Samir Şərifovla haqq-hesab şürüdülməsi istənilir. Bu işdə çoxlarının başı ağrıyacaq. "Azər-Türk" bankla bağlı qalmaqal da unudulmamalıdır və bu faktlar artıq hüquqi araşdırmaya götürülüb. Yaxın vaxtlarda çox ciddi addımları hər kəs görəcək və Samir Şərifov kabinetində özü ilə bağlı hüquqi ölçünü çüşahidə edən nazirlərdən növbətisi kimi tarixə düşəcək".
Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...