XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » "Sədərək” Ticarət Mərkəzinin sahibi dəyişir... - Ramiz Mehdiyevdən sonra...

"Sədərək” Ticarət Mərkəzinin sahibi dəyişir... - Ramiz Mehdiyevdən sonra...

"Sədərək” Ticarət Mərkəzinin sahibi dəyişir... - Ramiz Mehdiyevdən sonra...
2-09-2020, 11:54

Azərbaycanda koronavirus pandemiyasına görə xüsusi karantin rejimi tətbiq ediləndən bu yana iri ticarət obyektlərinin fəaliyyəti dayandırlıb. Lakin dünən “Binə” Ticarət Mərkəzinin fəaliyyət göstərdiyi barədə məlumat yayılıb.

Bu məlumat hələ ki, təkzib olunmayıb və bu heç mümkün də deyil. Çünki ortada sözügedən obyektin fəaliyyət göstəridyini təsdiqləyən videogörüntü var. Maraqlıdır ki, “Binə” bazarının işləməsinə rəğmən onun yaxınlığında yerləşən “Sədərək” Ticarət Mərkəzi fəaliyyətsiz qalıb. Elə bazarın fəaliyyət göstərməsi faktının üzə çıxmasında da “Sədərək”də çalışan sahibkarların rolu olub. Məhz onlar “Binə”nin fəaliyyət göstərməsi barədə məlumatı mediaya ötürərək bu ikili standarta aydınlıq gətirilməsini istəyiblər.

Sədərək bazarının sahibi Yusif Qədimovdur. Yenisabah.az xəbər verir ki, o, Azərbaycan hakimiyyətində təmsil olunan bir sıra yüksək vəzifəli şəxslərə yaxınlığı ilə seçilir. Mediada yazılanlanlara görə Yusif Qədimov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova və Prezident Admnistrasiyasının keçmiş rəhbəri, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti olan Ramiz Mehdiyevin patronajlığı altında fəaliyyət göstərib.

Yusif Qədimovun oğlu Vüqar Qədimov Prezident Admnistrasiyasının ictimai-siyasi şöbəsində sektor vəzifəsində çalışıb. Bütün bu amillər uzun illər Yusif Qədimovu toxunulmaz edib. Hətta o dərəcədə ki, mediada “Sədərək” bazarı barədə bir cümlə tənqid belə yazmaq mümkün olmayıb.

Bəzi iddialara görə, Yusif Qədimovun patronajları zəiflədildikdən sonra o Sədərk Ticarət Mərkəzini itirmək təhlükəsi ilə üzləşib. Binə bazarından fərqli olaraq Sədəryin fəaliyyətsiz qalması da bununla izah edilir. Amma maraqlıdır ki, bazar fəaliyyət göstrəməsə də sahibkarlardan icarə haqqı tələb edilir. Görünür, Yusif Qədimov son akkordalrını vurduğunun fərqindədir. Buna görə də hər vəchlə itkilərini minimuma endirməyə çalışır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.