SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Tanınmış aktyor Gömrük Komitəsinin qərarını “Nağıllar aləminə səyahət” adlandırdı

Tanınmış aktyor Gömrük Komitəsinin qərarını “Nağıllar aləminə səyahət” adlandırdı

Tarix:

28-08-2020, 11:40

/ 1 496 dəfə oxundu.
Tanınmış aktyor Gömrük Komitəsinin qərarını “Nağıllar aləminə səyahət” adlandırdı

Çox düşündüm və belə qərara gəldim ki, Dövlət Gömrük Komitəsi-nin son düzəlişi birmənalı şəkildə ləğv olunmalıdır”.

Bu sözləri tanınmış aktyor və aparıcı İlkin Həsənli özünün sosial şəbəkə hesabında yazıb.

"Hətta səbr edib, komitə sədrinin 30 dəqiqəlik intervyusunu da dinləyib, yarım saatlıq nağıllar aləminə səyahət etdim. Bu gün komitə olaraq siz yerlə sürünən və hətta intihar dərəcəsinə çatmış yerli sahibkara dəstək olmaqdansa, pandemiya ilə əlaqədar rüsumları müvəqqəti azaltmaqdansa, ağlınıza gələn yersiz qərarlar qəbul edirsiniz.

Arada mənə elə gəlir ki, kimsə bu məntiqsiz qərarlarla xalqın səbrini test edir, kabinet oradan, komitə buradan, qərargah da bu tərəfdən! Etməyin belə! Bu həssas dönəmdə yeni villalarınız haqqında deyil, çökmüş sahibkarlar haqqında düşünün!”(sfera.az)
Tanınmış aktyor Gömrük Komitəsinin qərarını “Nağıllar aləminə səyahət” adlandırdı

Şərhlər

XƏBƏR LENTİ