SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ramiz Mehdiyev “məktəbi” keçən başçılar təşvişdə – Kimlikləri bəllidir...

Ramiz Mehdiyev “məktəbi” keçən başçılar təşvişdə – Kimlikləri bəllidir...

Tarix:

26-08-2020, 11:07

/ 1 445 dəfə oxundu.
Ramiz Mehdiyev “məktəbi” keçən başçılar təşvişdə – Kimlikləri bəllidir...

AMEA prezidenti Ramiz Mehdiyev Prezident Administrasiyası rəhbəri olduğu dövrdə bir sıra deputatlar və icra başçıları onun diktəsi altında olublar. R.Mehdiyev parlamentin və yerli idarəetmə orqanlarının kadr potensialını öz adamlarından təşkil edirdi.

İllər əvvəl keçmiş deputat Gülər Əhmədovun sabiq rektor Elşad Abdullayevlə məşhur “mandat alveri” videosunda söylədikləri təsdiqləyir ki, R.Mehdiyevin şinelindən çıxanlar parlamentə düşürdülər.

Eyni sözləri İcra Hakimiyyətləri haqda da söyləmək olar. Keçmiş PA rəhbəri rayonlarda özünü padşah kimi aparan, korrupsiyaya bulaşan icra başçılarını himayə edirdi.

2018-ci ildən prezidentin başladığı genişmiqyaslı kadr dəyişiklikləri nəticəsində R.Mehdiyevin bir çox kadrları İH-lərdən təmizlənməyə başlayıb. Onlardan bəziləri işdən azad edilib, 6 nəfəri isə rüşvətlə həbs olunub.

Reportyor.info xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyatla həbs edilən Ağstafanın eks-başçısı Nizaməddin Quliyev, Yevlaxın rəhbəri Qoca Səmədov, İmişlinin şefi Vilyam Hacıyev, Neftçala fironu İsmayıl Vəliyev, Biləsuvar xanı Mahir Quliyev, Kürdəmir padşahı Ceyhun Cəfərov məhz R.Mehdiyevin “əlindən su içən”, onun yetişdirdiyi kadrlar idilər.

Amma bu həbslərin yekunlaşması gözlənilmir. Çünki yerli icra orqanlarında hələ də Mehdiyevə bağlı, onun klanına xidmət edən korrupsioner məmurlar var. Bununla bağlı apardığımız araşdırmalar maraqlı faktları ortaya çıxarıb.

Məlum olur ki, Mehdiyevin təqdimatı ilə təyin olunan həmin icra başçıları prezidenti və xalqı saymırdı, yalnız keçmiş PA rəhbərinə hesabat verir, onun sözü ilə oturub-dururdular.

Mediada gedən xəbərlərə görə, onun hələ də İH-lərdə adamları qalmaqdadır və siyasi hakimiyyət həmin məmurların da barəsində təftiş aparır. Onların bəzilərinin həbsi, əksəriyyətinin işdən çıxarılması istisna olunmur.

İddialara görə, R.Mehdiyevin kurasiyasında olan icra başçılarından biri Masallının icra başçısı Şahin Məmmədovdur. Eləcə də Ağcabədi icra başçısı Rafil Hüseynov, Sabirabad icra başçısı Siraqəddin Cabbarov, Şəmkirin unikal çıxışları ilə seçilən rəhbəri Alimpaşa Məmmədov prezidentə R.Mehdiyev tərəfindən təqdimatı verilmiş İH şefləridir.

Onların adı hər zaman qanunsuzluq, korrupsiya, özbaşınalıqlarda çəkilib. Odur ki, prezidentin apardığı islahatların davamında növbə ilə adıçəkilən məmurlar da vəzifələri ilə vidalaşacaq.

Gələn xəbərlərə görə, Lerik icra başçısı Rövşən Bağırov da mehdiyevizmin nümayəndələridir və onun vəzifəsindən azad olunacağı güman edilir.

Şərhlər

XƏBƏR LENTİ