SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Boz kardinal"ın kürəkəninin nələri varmış-ŞOK FAKTLAR

"Boz kardinal"ın kürəkəninin nələri varmış-ŞOK FAKTLAR

Tarix:

23-08-2020, 01:21

/ 2 171 dəfə oxundu.
"Boz kardinal"ın kürəkəninin nələri varmış-ŞOK FAKTLAR

Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı, bu ilin əvvəlində Ramiz Mehdiyevin əmri ilə AMEA İşlər idarəsinə müdir müavini təyin olunmuş Fikrət Əliyevin də başı dərdə girib".

Vətəninfo.az xəbər verir ki,jurnalist Cavanşir Həsənli Ramiz Mehdiyevin kürəkəni,sabiq millət vəkili İlham Əliyev və qardaşı ilə ilə bağlı şok sənədlər yayımlayıb.
Redaksiya olaraq yayılan məlumatı və sənədləri jurnalistə istinadən təqdim edirik:
Belə ki, Almaniya və Mərakeş Krallığının ikili vətəndaşı İshak Edmond keçmiş deputatın qardaşı oğlu Səftər Əliyevi "qanunsuz hərəkətlərə son qoyulması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi" tələbi ilə məhkəməyə verib. Ötən həftə, avqustun 22-də Xətai Rayon məhkəməsində İshak Edmondun şikayətinə (2(103)-448/2020 saylı məhkəmə işi) baxılıb, iddia qismən təmin edilib, İlham Əliyevin qardaşı oğlunun isə qarşılıqlı iddiası rədd olunub.
Məhkəmə çəkilməsinə səbəb Fikrət Əliyevin oğlunun Almaniya vətəndaşına pul haqq-hesabı olub.
Belə ki, sabiq deputatın qardaşı oğlu İshak Edmondla 2011-ci ildə "AQUA SAFE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni təsis edib. Şirkət İshak Edmondun Almaniyadakı "GENOS" GMBH vasitəsilə su təmizləyici avadanlıqların və filtrlərin idxalı və satışı ilə məşğul olub.
Lakin müddət əvvəl şəriklər arasında narazılıq yaranıb və İshak Edmond şirkətdən özünə çatası vəsaiti ala bilməyib.
Səftər Əliyev və İshak Edmond 2012-ci ildə təsis olunmuş "E AND S" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin də təsisçiləridir. "E AND S İNTERNATİONAL CORP" ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI isə 2008-ci ildə qeydiyyatdan keçib və qolf avtomobillərinin dilerliyini həyata keçirir. Bu şirkət Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın (həyat yoldaşının soyadını götürüb) təsisçilərindən olduğu "TRANSMİT LTD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ ilə eyni hüquqi ünvanda, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, MƏHƏMMƏD İBN HİNDUŞAH ev.22-də, mənzil 89-da qeydiyyatdadır. Şirkətin Buzovna-Mərdəkan Yeni yolu 1044-də böyük satış və sərgi mərkəzi var.
Sabiq deputatın qardaşının digər oğlu Orxan Əliyev isə Mehdiyev ailəsinə məxsus "Kaspian Telekom”un qanuni təmsilçisidir. O, həmçinin "DRY İCE TECH" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin də təsisçisidir.
"İ AZ-COM" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ də Ramiz Mehduyevin kürəkəninə aid ünvanda BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, NATİQ ŞAHBAZOV KÜÇ. ev.25 m.62-də qeydiyyatdadır. Bu şirkətin də rəsmi təsisçisi Səftər Əliyevin keçmiş şəriki, Almaniya vətəndaşı İshak Edmond olub.
Mehdiyevlərə bağlı "EDİS GROUP AZ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin də təsisçilərindən biri cənab Edmondur. Bu şirkət AHİK-nın ərazisin ələ keçirmək üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mülkünə (AHİK) 2014-cü ildə qanunsuz bina inşa edərək kafe kimi fəaliyyətə salmışdı.
Bu ünvanda 2012-ci ildə "İPLAZA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ də qeydiyyatdan keçib.
"Boz kardinal"ın kürəkəninin nələri varmış-ŞOK FAKTLAR





Şərhlər

XƏBƏR LENTİ